Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

«Xəzər adaları»nda qiyam gözlənilir


“Cahangir Hacıyev işi” ilə bağlı yeni həbslər


«Şəki Ipək» MMC-nin icraçı direktoru və müsahibi «Bandotde»lə aparıldı; Hacı Ibrahim Nehrəmlinin də yenidən saxlanıldığı bildirilir; «Xəzər adaları»nda qiyam gözlənilir . 

“Cahangir Hacıyev işi” ilə bağlı həbslər davam edir. Redaksiyamıza daxil olan məlumata görə, Azərbaycan Beynəlxalq Bankının (ABB) keçmiş rəhbəri Cahangir Hacıyevə məxsus olduğu bildirilən “Şəki Ipək Aqro” MMC-nin icraçı direktoru Cavid Muxtarov da həbs olunub. Məlumatda bildirilir ki, o, artıq 4 gündür DIN-nin Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Idarəsində (BMCQMI) saxlanılır. Bəzi məlumatlara görə, Cavid Muxtarovla yanaşı MMC-nin Əflatun adlı müsahibi də BMCQMI-yə aparılıb.
 
Bir neçə gün əvvəl isə məlumat vermişdik ki, ölkə başçısı Ilham Əliyevin əmisi oğlu Ilqar Əliyev məxsus olduğu deyilən “Riyad-Farm” şirkətinin icraçı direktoru Aqil Quliyev həbs olunub. Bu məsələ ilə bağlı yeni məlumatlar yayılıb. “Riyad-Farm” şirkətinin hüquqi sahibi Həsən Şərifov da saxlanılıb. Bildirilir ki, “Riyad-Farm” şirkətinin ABB-ya 200 milyon dollar borcu var. 

Dünən əldə etdiyimiz məlumata görə, Həsən Şərifov sərbəst buraxılıb. Borcu qaytarmaq üçün ona müəyyən müddət verilib. Aqil Quliyev isə hələ də BMCQMI-də saxlanılır.

Bundan başqa Cahangir Hacıyevin sahibi olduğu “Simurq” futbol klubunun prezidenti Anar Bəkirov da saxlanılıb.

Bu arada apasport.az məlumat yayıb ki, “Simurq” Topaz Premyer Liqasının son iki turunda yalnız yerli futbolçuların xidmətindən yararlana biləcək. Artıq bütün əcnəbilər düşərgəni tərk edib. Çempionatın XXXIV turu çərçivəsində “Bakı” ilə (4:0) dünən keçirilən qarşılaşmadan sonra qalan əcnəbilər də vətənlərinə yola düşüblər. Dünənə qədər düşərgədə olan Pavel Kapsa, Xuan Alvarado, Adam Banaş, Idan Vaytsman və Draqan Çeran görüşdən dərhal sonra Gürcüstana, ordan isə vətənlərinə yollanıblar.

Əsas heyətdə çıxış edən yerli futbolçular da bu matçdan sonra düşərgəni tərk etməyi qərara almışdılar. Lakin sonradan qərarlarını dəyişən yerlilər son iki turda da meydançaya çıxacaqlar. Onlar artıq Zaqatala ilə vidalaşıblar və yalnız oyunların keçirilməsinə iki gün qalmış Bakıda bir araya gəlib məşq edəcəklər.

Bəzi məlumatlara görə, futbolçuların klubu tərk etməsi böhranla bağlıdır. Cahangir Hacıyevlə bağlı baş verənlər onun patronajlığı altında fəaliyyət göstərən “Inter” və “Simurq” futbol klubularında maliyyə sıxıntısına səbəb olub.

Bir neçə gün əvvəl BMCQMI-yə aparılan və sonra sərbəst buraxılan Hacı Ibrahim Nehrəmli isə deyəsən borcunu qaytarmağa pul tapa bilməyib. Qeyd edək ki, o, sərbəst buraxılanda baş verənlər haqqında bunları demişdi: “Azərbaycan Beynəlxalq Bankından 78 milyon manat məbləğində kredit götürmüşdüm. Bilirsiniz ki, ”Khazar Island" layihəsini həyata keçirirəm. Banka ödənişdə gecikmə oldu. Beynəlxalq Banka ödəyəcəyim kreditin vaxtı bu ayın 19-u başa çatır. Başqa kreditlərə görə isə heç bir problem yoxdur".

Beləliklə, Hacı Ibrahim Nehrəmli mayın 19-na qədər Beynəlxalq Banka olan 78 milyon dollar borcunu qaytarmalı idi. Amma o, yenidən saxlanılıb. Onun növbəti dəfə BMCQMI-yə aparıldığı bildirilir. Bu barədə hüquq-mühafizə orqanlarındakı mənbə haqqın.az saytına məlumat verib. 

Xəzər adaları”nın (Khazar Islands) prezidenti Hacı Ibrahim Nehrəmli 3 aydır ki, həmin adada çalışan işçilərin əmək haqqını vermir.

Bu barədə isə “Şərq”ə şirkətin adını çəkilməsini istəməyən fəhlələrindən biri bildirib. Mənbənin məlumatına görə, onlar sonuncu dəfə fevral ayında maaş alıblar: “Bir müddətdir ki, orada fəhlə işləyirəm. Əvvəllər maaşlarımızda müəyyən gecikmələr olsa da, ala bilirdik. Amma indi 3 aydır ki, aylıq üzü görmürük. Hər gün aldadırlar ki, bu gün əmək haqları paylanılacaq. Amma heç nə verilmir. Nə qədər gözləmək, dözmək olar? Rayondan bura gəlmişik ki, ailəmizə 5-3 manat çörək pulu qazanaq. Kirayə haqqını və çörək pulunu dost-tanışdan alıb birtəhər dolanırıq. Artıq fəhlələrin 95 faizi işdən çıxıb. Etiraz aksiyası keçirmək istəyirlər. Aylıqlarının verilməsini tələb edirlər. Insanı işlədib pulunu vermirlər. Belə olmaz axı”.

Göründüyü kimi Hacı Ibrahim Nehrəmli işçilərinin də pulunu verməyib. Bundan sonra verəcəyi də inandırıcı görünmür. Çünki hələ Beynəlxalq Bankdan götürdüyü krediti ödəməlidir.  Işçilərin pulunun verilməməsi isə “Xəzər adaları”nda qiyama səbəb ola bilər.(azadliq.info)

pia.az
 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar