Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

«Tomat pəhrizi xərçəng riskini iki dəfə azaldır» - Amerikalı alimlər


PİA.AZ AzPolitika.info-ya istinadla xəbər verir ki, Amerikalı alimlər sensasiyalı nəticəyə gəliblər


Tomatın bol olduğu pəhriz dəri xərçəngi riskini iki dəfə azaldır.

Araşdırmaların nəticələrinə əaslanan və «Scientific Reports» nəşrində dərc olunmuş material alimlərin bu ehtimalını təsdiqləyir ki, müəyyən qrup qida məhsulları insan orqanizminin müxtəlif xəstəliklərə qarşı mübarizə prosesinə müsbət təsir göstərə bilər.

Yeni araşdırmalar siçanlar üzərində aparılıb: iki qrup siçanlar müxtəlif dozalarda ultrabənövşəyi şüalanmaya məruz qoyulub.

Çoxsaylı testlərdən sonra alimlər bu nəticəyə gəliblər ki, pomidora rəng (ənənəvi qırmızı) verən dietik karotinoidlər (piqment birləşmələri) dərini ultrabənövşəyi şüalardan qorumaq qabiliyyətinə malikdir.

Tomat pəhrizinə «oturdulmuş» siçanlarda dəri xərçəngi, tomatla yemlənməmiş siçanlara nisbətən, hiss olunacaq qədər yavaş inkişaf edir və asanlıqla müalicəyə «gəlir».

Aparılmış araşdırmaların əsasında alimlər gəmiricilərin orqanizminə tomat pəhrizi qədər müsbət təsir göstərə biləcək preparatların növbəti mərhələsini işləyib hazırlamağı planlaşdırırlar.

Haşiyə: Hələ ötən əsrin 70-ci illərində Azərbaycan Neft və Kimya İnstitutunun «Avtomatik idarəetmə sistemləri» kafedrasının professoru, dünyaca məşhur Lütfi-Zadənin ən istedadlı davamçılarından olan akademik Rafiq Əliyev öz tələbələrinə çoxlu pomidor yeməyi tövsiyyə edirdi. Zarafatla, belə deyirdi: «Göyçək görünmək istəyirsinizsə, çoxlu pomidor yeyin». O vaxt Rafiq müəllimin cəmi 30 yaşı var idi…

Sonradan, Rusiyalı təbabət alimləri pomidoru «Samaya mujskaya yeda» adlandırdılar və izah etdilər ki, pomidora qırmızı rəng verən piqment kişilərdə prostat xərçənginin riskini aşağı salır.

Burası, yaxşı, amma… Əmması çox qəlizdir. Belə ki, indi insanlarımıza təklif olunan pomidorlar, 30-40 il bundan əvvəlki pomidorlar deyil – onların genləri dəyişdirilib! Bəs, şəfaverici xassəsi qalıbmı?

Bax, buna Azərbaycanda indi heç kim zəmanət verə bilməz…

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Muxtar Babayev Con Kerri ilə COP-29-a hazırlıq məsələlərini müzakirə edib

Ən çox oxunanalar