Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

«Prezidentin vəkili»ndən prezidentə şikayət var


Özünü ölkə prezidentinə yaxın adam, əməkdar incəsənət xadimi, yazıçı və rejissor kimi təqdim edən Ağalar İdrisoğlu kimləri necə aldadıb?


Azərbaycanda informasiya texnologiyalarının inkişafı fonunda onlayn ticarətlə məşğul olanların sayı da artmaqdadır. Bir neçə il əvvəl əhalinin aztəminatlı və işsiz təbəqəsinin maraq göstərdiyi onlayn ticarət, son vaxtlar cəmiyyətdə tanınmış yaradıcı adamların da əsas məşğuliyyətinə çevrilib. Onlayn ticarətdə vasitəçilik edən işbazların insanların savadsızlığından, informasiya texnologiyaları  biliklərinin olmamasından istifadə edərək, dələduzluqla məşğul olmaqları da təəssüf ki, günümüzün reallığıdır. Ən təhlükəlisi isə cəmiyyətdə ziyalı adı ilə tanınan şəxslərin dələduzlarla «işgüzar əlaqəyə» girərək, onların fəaliyyətinin genişlənməsində böyük rol oynamasıdır. Müxtəlif dövlət orqanlarına, o cümlədən, hüquq-mühafizə qurumlarına ərizələrlə müraciət edən şəxslərin yazdıqlarına inanmayıb internet resurslarında kiçik bir araşdırma aparanda şəbəkə fırıldaqçıları sırasında «ziyalı obrazı»nın mövcudluğunun təsdiqlənməsi bizi həm də təəccübləndirdi.

Bir qrup şəxsin Mehdiyev Ağalar İdris oğlu adlı adamdan şikayətlənməsinə inanmaq istəməmişdik. Şikayətçilərin dediyinə görə, A.Mehdiyev özünü ölkə prezidentinə yaxın adam, əməkdar incəsənət xadimi, yazıçı və rejissor kimi təqdim edərək onların etimadını qazanıb. Elə inanmadığımız məqam da bu idi ki, sadalanan titulların sahibi hara, şəbəkə biznesi,  onlayn ticarət hara? Amma A.Mehdiyevin özünün mətbuata (olaylar.az) verdiyi müsahibəsində təsdiqlədiyi kimi, o, şəbəkə biznesinin öndərlərindən biri, bəlkə də birincisidir. 

«LNS» Məhdud Məsuliyyətli Cəmiyyətinin mütəxəssisi kimi açıqlama verən A.İdrisoğlunun onlayn ticarətin bilicisi olduğuna şübhələnməyə onun müsahibəsini oxuduqdan sonra əsas qalmadı. Necə ki, həmin bu A.İdrisoğlunun Mehdiyev Ağalar İdris oğlu olduğuna heç bir şübhə yoxdur. Vikipediya məlumatlarında Mehdiyev Ağalar İdris oğlu – yazıçı, dramaturq, publisist, Prezident mükafatçısı, respublikanın əməkdar incəsənət xadimi və s. titullarla təqdim olunur. Elə A.İdrisoğluna işə düzəltmək, bizneslə məşğul olmaq adı ilə pul verərək aldandıqlarını deyən şikayətçilər onun bu cür fəxri adlarının sehrinə düşdüklərini yana-yana deyirlər. Demək, şəbəkə qurmaq, onlayn bizneslə məşğul olmaq üçün heç də marketinq mütəxəssisi olmaq vacib deyil. Aktyorluq və rejissorluq qabiliyyətləri də bu iş üçün yararlıdır. Ən əsası isə özünü «yuxarılara yaxın adam» kimi qələmə verməyi bacarırsansa, hər kəs sənə inanacaq.

…Əvvəlki vaxtlarda A.İdrisoğlunun, hətta, soyadının da bu biznesdə məna daşıdığı «dar çevrə»də vurğulanırmış. Sonradan bu çevrə böyüdükcə artıq hər kəs bu soyadlı və sadalanan titullarla birisinin yuxarılara bağlı olğuna inanmışdır. Beləcə, yeni iş yeri qazanmaq, gəlir əldə etmək istəyən insanların liderinə çevrilən A.İdrisoğluna pul verməyə növbəyə düzülənlər də varmış. 

2011-ci ildən onlayn ticarətlə məşğul olmaq adı ilə ofislərə dəvət olunan bir qrup şəxs müxtəlif məbləğlərdə pulu A.İdrisoğluna verdiklərini iddia edir. Onlar əvvəlcə A.İdrisoğlunun marketinq dərslərində iştirak edirlərmiş. Bəlağətli çıxışı, ritorik sualları ilə hər kəsi heyran edən Ağalar müəllimin onlayn ticarət və pul qazanmağın yolları haqqında hər çıxışından sonra onlar üçün bir sual qalırdı: tələb olunan məbləği hardan tapmaq? İlk ağıla gələn bankdan kredit götürmək, borc almaq və s. olurdu. Qısa müddət ərzində qazanmaq əminliyi ilə 500 manatdan 1800 manatadək məbləğdə pulu tapıb Ağalar müəllimə verən şəxs həmin anda özünü xoşbəxtlər sırasında görürdü: milyonçu olmağa lap az qalıb. Məsələn, Ağalar müəllimin «dar çevrəsi»ndə olan Əhliman adlı birisi deyəndə ki, respublikada 25 ildən artıq müddətdə yüksək vəzifələrdə işləmiş rejissor, yazıçı-publisist, Prezident mükafatçsı olan şəxs bu biznesdədirsə, deməli, bu iş «yuxarılardan» xeyir-dua alıb. 

Necə ki, A.İdrisoğlu özü müsahibəsində deyir:  
«…Bu ticarət insanların rahatlığına zəmin yaradır və elektron biznesin Azərbaycanda istifadə olunması Azərbaycana böyük gəlir gətirə bilər. Bu gəlir də dediyim kimi, Azərbaycan əhalisinin sosial durumunun yaxşılaşması deməkdir. Azərbaycanın dövlət başçısı da bu ticarətin inkişafı barədə qərar verib. Bu qərar boş yerə verilməyib ki? Bu çox alqışlanası addımdır”. 

Əvvəllər A.İdrisoğlunun ətrafında olanlar onun soyadını və titullarını sadalayaraq, insanları şəbəkəyə cəlb edirmişlər. Onlayn ticarəti birbaşa «kurasiya edən» nazirlərin də adları çəkilirmiş. İndi isə A.İdrisoğlu onlayn ticarətin inkişafına dair ölkə prezidentinin qərar verdiyini deyir. Halbuki, Prezidentin belə bir qərarının olduğu bizə məlum deyil. A.İdrisoğluna onlayn ticarətə qoşulmaq adı ilə pul vermiş adamların dediyinə görə, o, özü də 50-dən artıq adamdan pul aldığını etiraf edib. Lakin müxtəlif bəhanələr gətirərək həmin pulları (50 min manatdan artıqdır) kimlərəsə - «yuxarılara» verdiyini deyir. O «yuxarılar» isə indi ona pulu qaytarmırlar.  

Bu məsələ ötən il president seçkiləri ərəfəsində olub və Ağalar müəllim də həmin vaxt prezidentin vəkili olduğunu deyirmiş. Seçkilərdən sonra bütün məsələlərin düzələcəyi, təmsilçisi olduğu şirkətin böyük proyektlər edəcəyinə ümidli olan şəxslər də A.İdrisoğlunun vədlərinə inanırdılar. Lakin seçkidən sonra Ağalar müəllim artıq yeni şirkətdə işə başladığını bəyan edib. 

«Yaxın adamları Ağalar müəllimin dövlət tapşırığı ilə Sumqayıtda böyük işlər gördüyünü, yaxınlarda, hətta, yüksək vəzifəyə təyin olunacağını bildirirdilər. Bizdən işə düzəldəcəyi adı ilə pulların yığılmasında Ağalarla əlbir olan Əhliman deyirdi ki, müəllim ciddi bir işin altına girib. Şəxsən Prezident ona etimad göstərir, seçkidə də özünə vəkil təiyn edib. Bir azdan bizim biznesimiz daha da inkişaf edəcək, ofislərimizi də böyüdəcəyik. 1000-2000 min manat nə puldur ki, ondan ötrü narahat olursuz. Bir azdan biz kisə ilə pul qazanacağıq. Siz şirkətimizdə işləməyə yaxın adamlarınızı yığın. Lakin indi görürük ki, bunların böyük işlər dediyi «LNS» MMC imiş. Bakıda Nərimanov metrosunun yanında ofisləri var. A.İdrisoğlu isə Sumqayıt şöbəsinin rəhbəridir. Ondan pulumuzu tələb edəndə təklif edib ki, əlavə pul verin, gəlin «LNS» MMC-yə üzv olun. Qısa müddətdə milyonçu olmağın yolu budur. Biz hardan biləydik ki, respublikada tanınmış bir ziyalı, Prezidentin vəkili olan adam pulumuzu mənimsəyər? Əgər A.İdrisoğlu bizdən aldığı pulun hesabına özünə şirkət qurub ofis alırsa, deməli, bunun arxasında duranlar var. Yuxarılardakı dostları onu hər şeydən qoruyursa, biz dərdimizi kimə deyək? Nərimanov rayon 17-ci polis bölməsində də şikayətimizə baxan yoxdur. A.İdrisoğlunun şəriki Hüseyn hamıya bəyan edir ki, “bizim şirkətdə elə adam var, birbaşa ölkə rəhbərinə zəng vurub sözünü deyir. Görünür, bu Prezidentə zəng vuran adam deyəndə A.İdrisoğlunu nəzərdə tuturmuş…»-, deyə bir qrup şəxsin dövlət orqanlarına yazılan müraciətində nəql olunur. 

Şikayətçilər tədbir görülməyəcəyi halda, ölkə Prezidentinə müraciət etməyi düşünürlər.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ən çox oxunanalar