Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

«İlham Əliyevə qarşı edilən haqsızlıqlara heç cür dözə bilmirəm»


Hafiz Hacıyev: «Bu gün Azərbaycan xalqı İlham Əliyevin ətroafında birləşib onu müdafiə etməlidir»


Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev mia.az-a müsahibə verib.

- Hafiz müəllim, son günlər müxtəlif sahələrdə, müxtəlif problemlər ortaya çıxır. Sanki kimlərsə əhalini narazı salmağa çalışır. Sizcə, nə baş verir?

- Mən, ümumiyətlə, buk imi məsələlərdən uzaq durmağa çalışıram, amma yenə də məcburən sözümü deməli oluram. Ona gbprə cavab vermək, bu barədə danışmaq imstəmirəm ki, danışandan sonra mənə əziyyət verirlər. Məni sıxırlar ki, niyə danışırsan. Bu gün mənə böyük bir təzyiq var ki, danışma, amma nə edim ki, dözə bilmirəm. Qardışıma, İlham Əliyevə qarşı edilən haqsızlıqlara heç cür dözə bölmirəm . Bunun özü də səhhətimə böyük problemlər yaradıb.

Sualınızın ikinci hissəsinə gəldikdə isə deyə bilərəm ki, Azərbaycanda paradoksal mənzərə yaranıb. Müəyyən dairələr çalışırlar ki, prezidentlə xalq arasında uçurum yaratsınlar. Prezidentin istədiy odur ki, ölkə vətəndaşları arasında əminamanlıq olsun, iqtidarla müxalifət arasında dərin çatlar olmasın, problemlər demokratik yolla həll edilsin. Bütün bunlar ona görədir ki, ölkədə böyük çaxnaşmalar yaranmasın. Ancaq gəlin görək, bunu gerçsəkləşdirə bilirikmi, xeyr. Bu gün xüsusi qrup hazırlanıb ki, İlham Əliyevin əksinə işləyirlər. Elə bir vəziyyət yaradırlar ki, insanlar narazı olsunlar.

- Seçki ərəfəsində belə bir narazılığın yaranması mənfi nəticələr verə bilər. İş o yerə çatıb ki, siyasi müstəvidə də narazılığı dərinləşdirməyə çalışırlar. Kimlərdi ki, bu qüvvələr?

- Doğru qeyd etdiniz ki, siyasi müstəvidə də narazılığı böyütmək istəyirlər. Hakimiyyətlə dialoqa gedən, problemlərin müzakirə ilə həll olunmasına çalışan siyasi qüvvələri də narazı salırlar ki, prezidentdən üz döndərsinlər. Yersiz maneələr yaradırlar, buna ən ehtiyac var? Bəzi məmurlar qəsdən çalışırlar ki, narazılığı böyütsün. Təbii ki, bu da ümumilikdə dövlətin və millətin əleyhinədir. Ona görə də hesab edirəm ki, bu gün Azərbaycan xalqı İlham Əliyevin ətroafında birləşib onu müdafiə etməlidir. Bəzi qüvvələr xalqla prezident arasında uçurum yaratmağa çalışsalar da, xalq bu təxribata uymamalıdır. Açıq-aşkar hiss olunur ki, hakimiyyətin daxilində sabitliyi istəməyən qüvvələr var. İstər cəbhə bölgəsində, istər xalq arasında, istərsə də müəyyən qüvvələrlə birləşib xalqa zərbə vurmaq üçün bütün yollara əl atmağa hazırdılar.

- Maraqlısı odur ki, əgər bu adamlar hakimiyyətdə təmsil olunurlarsa, nəyə görə oturduqları budağı kəsirlər?

- Bildiyiniz kimi, cənab prezident buəfəki seçkilərdən sonra böyük islahatlar aparmaq, demokratik dəyşikliklərin əsasını qoymaq istəyir. Bunu görən bəzi «məmurlar» bilirlər ki, vəzifədən gedəcəklər, bəzilərinin Azərbaycan xalqından oğurladığı varidat əlindən alınacaq, ona görə də bu yola əl atırlar. Hətta bəzi pozucu darələrə mesaj göndərirlər ki, siz başlayın, biz də dəstək verəcəyik. İstərdim ki, dediklərim düz çıxmasın, amma nə edim ki, bütün bunlar acı həqiqətlərdir.

- Bəs, hazırkı proses bu şəkildə davam etsə, nələr baş verəcək?

- Əgər vəziyyət belə davam eləsə, ölkədə çox böyük narazılıq yaranacaq. Ona görə də bunun qarşısını almalıyıq. Biz partiya olaraq, bu mənfur siyasətin qarşısını almağa çalışırıq. Biz 150-yə yaxın təbliğat-təşviqat qrupumuz fəaliyyət göstərir. Onların apardığı müşahidələr görə bu saat həmin o mənfur qüvvələr elə siyasət aparırlar ki, hamı prezdentdən narazı qalsan. Biz də buna qarşı müqavimət göstərəndə təzyiqlərlə üzləşirik. Amma buna baxmayaraq, bütün mümkün variantlardan istifadə edib real vəziyyətlə bağlı prezidenti məlumatlandıracağıq. Yəqin ki, ölkədə baş verən neqtivliklərə diqqət çəkmək üçün böyük bir mitiqn düzənləyəcəyik və xalqı prezidentin ətrafında birləşməyə çağıracağıq. Mən onsuz da haqq yolunda həyatımı qurban vermişəm. Amma təzyiqlərə əhəmiyyət vermədən prezidenit qorunması yönündə səylərimizi artıracağıq.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Ən çox oxunanalar