Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Zori Balayanın oğlu Şuşa döyüşündən danışdı: “Bu, əfsanəvi əməliyyat idi”

"Ötən müharibədə biz Şuşanı götürəndə Azərbaycan tərəfdən hər hansı bir xəyanətin olmasıyla bağlı bir şey eşitmədim”.

PİA.az xəbər verir ki, bu sözləri Mk.ru saytına geniş müsahibəsində öz "Ocaq” adlı kitabıyla Qarabağ münaqişəsinin başlamasına təkan verən, öz qəddarlığıyla yaxşı tanıdığımız Zori Balayanın həkim oglu Qayk Balayan deyib.

"Şuşa niyə təslim oldu? Eşitdiyimə görə, ümumiyyətlə, ora alınmaz qaladır, oranı ancaq təslim etmək olar, çünki hər tərəfi alınmaz qayalarla əhatə olunub. İlk müharibədə də ermənilərin ŞuşaAzərbaycan hərbçilərindən birinin xəyanəti nəticəsində aldıqlarını söyləyirlər…” – bu yönəldici sualla mk.ru-nun jurnalisti Balayanın oğluna müraciət edib. O Şuşanın xəyanət nəticəsində verildiyini təkzib edərək sözünə davam edib:

"Bu, əfsanəvi əməliyyat idi”, – o, ŞuşaAzərbaycan əsgərlərinin alması haqda deyib: "Sizə səmimi deyirəm. Mən Hadrut yüksəkliklərində idim və hər şeyi öz gözlərimlə görürdüm. Heç cür başa düşə bilmirəm ki, azərbaycanlılar bu yüksəklikləri necə ala bildilər.

Ancaq mən hərbi mütəxəssis deyiləm. Yəqin ki, bu azərbaycanlılar bu cür dağ əməliyyatlarına sadəcə yaxşı hazırlaşmışdılar. Çünki Şuşanı götürəndə topçularımız onların üzərində çox yaxşı işləyirdi. Ancaq yenə də irəliləyirdilər. Ölənlərin yerini yüzlərlə, minlərlə yenisi tutur və onlar heç cür bitib-tükənmirdilər”.

Qeyd edək ki, Mk.ru-nun yazdığına görə, Qalik Balayan Ermənistanda tanınmış cərrahdır. 43 yaşı var. Müharibə başlayandan 4 gün sonra Qarabağa, hərbi xidmətdə olan oğlu Zori Balayanın yanına gedib, bir neçə gün Xankəndidə həkim kimi xidmət edib, sonradan isə əlinə silah alaraq müharibə bitənə kimi oğluyla birgə döyüşüb. Oğlu döyüşdə yaralanıb. Beyin silkələnməsi keçirib və təhlükəsiz yaralar alıb. Hazırda sağdır. Atasıyla birgə İrəvandadır. (qaynar.info)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Bakıda 13 yaşlı oğlan internat məktəbindən qaçaraq atasını axtarır

Ən çox oxunanalar