Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Zori Balayanın nəvəsi Paşinyanın oğlunu döydü

Ermənistanın baş naziri Nikol Paşinyanın oğlu xidmət yoldaşları ilə münaqişə səbəbindən Yerevana aparılıb...

Ermənistanın "Qraparak" qəzeti baş nazirin oğlunun onlar tərəfindən döyüldüyünü yazıb.

Nəşr qeyd edir ki, kiçik Paşinyan Ermənistanda “nizam” quran atasının yolu ilə getməyə qərar verib. Hərbçi Aşot Paşinyan zabitlərə və xidmət yoldaşlarına irad tutub, onlar barəsində komandanlığa “donos” ötürüb.

“Qraparak”ın yazdığına görə, bu, həmkarları arasında kəskin narazılığa səbəb olub və onlar baş nazirin oğlunu döyüblər. Aşot Paşinyanı döyənlərdən biri də erməni terrorunun əsas təbliğatçısı Zori Balayanın nəvəsi olub.

Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovannisyan bu məlumatı tələsik təkzib edib. Lakin onun açıqlamasından belə nəticə çıxarmaq olar ki, Aşot Paşinyanla həmkarları arasında münaqişə hər halda olub.

""Qraparak" növbəti dəfə hər şeyi baş-ayaq təqdim edərək insanların taleyi ilə oynayır. Qardaşlarınızdan və ya köhnə dostlarınızdan soruşsanız, bu cür söhbətlərin bütün kollektivlər və qurumlar üçün xarakterik olduğunu təsdiqləyəcəklər; əsgərliyə təzə başlayanların hamısının uyğunlaşma problemləri və vaxtları olur, hansı ki, komandanlığın səriştəli işi sayəsində yoluna qoyulur. "Qraparak" bütün bunları kobud səhvlərlə və yolverilməz şəkildə təqdim edib",-deyə Ovhannisyan öz Facebook səhifəsində yazıb.(virtualaz.org)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən çox oxunanalar