Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Zorakılığa məruz qalan uşaqların əlamətləri - Valideynlər diqqət!

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi valideynlərə müraciət edib...

PİA.az medicina.az-a istinadən bildirir ki, müraciətdə valideynlərə övladlarının zorakılığa məruz qalıb-qalmadığını anlamaq üçün uşaqlarda aşağıdakı əlamətlərin olub-olmamasına diqqət yetirmək tapşırılıb:

- Bədəninin hər hansı bir yerində göyərmə, kəsik, sıyrıq, şişlik qırıq, çıxıq və yaxud yara varsa;

- Bu əlamətləri paltarları ilə gizlətməyə çalışırsa;

- Sağalmayan, səbəbi məlum olmayan yaralar;

- Özünə aid əşyaları itirirsə və evə cırıq paltarlarla gəlirsə;

- Həmişəkindən daha çəkingən, içinə qapanıq, və etinasız, süst olursa;

- Sizinlə və ətrafındakılarla ünsiyyətdən qaçırsa;

- Tək qalmağa meyillidirsə;

- Başqalarına inanmırsa;

- Məktəbə getmək istəmirsə, dərsdən qaçırsa;

- Yuxusunda və iştahında dəyişikliklər varsa

- Yatağını islatma, kəkələmə və nitqində ilişmə, gecə kabusları varsa,

- Təhsil naliyyətlərində geriləmə varsa,

- Anormal sakitlik və ya aqressiv davranma, söz dinləməmək, üsyankarlıq varsa;

- Verdiyiniz suallara yalan cavablar verirsə, hekayələr uydurursa;

- Dinlədiyi musiqidə, çəkdiyi şəkillərdə, yazılarında şiddəti göstərən əlamətlər varsa;

- Vücudunun eybəcər olduğunu, cinsi orqanlarında bir problem olduğunu düşünürsə;

- Oyuncaqları ilə və ya başqa uşaqlarla oynayarkən cinsəllik və zorakılıq ehtiva edən hərəkətlərə üstünlük verirsə, onun zorakılığa məruz qaldığını düşünə bilərsiniz.

pia.az


Etiket: uşaq zorakılıq

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Aygün Kazımova ilə Namiq yenidən məşhur dueti oxudu - Video

Ən çox oxunanalar