Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Zlatko Daliç: “Nəticə məyusedicidir”

“Rəqibi təbrik edirəm. Oyuna yaxşı başladıq. Kifayət qədər şanslarımız oldu, erkən qol da vurduq. Amma rəqibin qapıçısı əla oynadı”

Bunu Xorvatiya yığmasının baş məşqçisi Zlatko Daliç deyib.

Milli komanda Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Xorvatiyanı qəbul edib. Komandamız 1:1 hesabı ilə yekunlaşan görüşdə tsiklin ilk xalını qazanıb.

Qarşılaşmadan sonra təşkil edilən mətbuat konfransında 53 yaşlı çalışdırıcı bildirib ki, hissənin sonlarında futbolçuları həyəcanlı görünürdülər: “İkinci hissədə Azərbaycan azarkeşlərin də dəstəyi ilə yaxşı çıxış edib, bərabərlik qolunu vurdu. Nəticə məyusedicidir. Amma bunu unudub, növbəti matçlara hazırlaşmalıyıq”.

O, Ante Rebiçin gec əvəzlənməsindən və İvan Rakitiçin Bakıya gəlməməsindən də danışıb: “Tez dəyişikliklər etsəydim, bəlkə də, başqa cür olardı. Rebiçin iki qol şansı var idi, istifadə edə bilmədi. Əvəz etmək istəmədim, əksinə, ona inandığımı göstərdim. Rakitiçə gəlincə, o, əla futbolçudur. Tezliklə yığmaya qatılacaq”.

Təcrübəli mütəxəssis azərbaycanlı futbolçuların legioner həyatı yaşamamasına da münasibət bildirib: “Onlar yəqin ki, burada xoşbəxt olduqlarından getmək istəmirlər. Azərbaycan yığması çox yaxşı komandadır, ilk oyunda da yaxşı təsir bağışlamışdı. Slovakiyaya qarşı belə motivasiyada çıxış etməmişdilər. Necə olub ki, digər komandalardan xal almayıblar, bunu anlaya bilmirəm.

Dörd il əvvəl də burda qələbə qazana bilməyən xorvatlar yenə də xal itkisi ilə üzləşiblər. Lakin Z. Daliç “Bakcell Arena”nı komandası üçün uğursuz saymayıb: “Buranı cəhənnəm adlandırmazdım. Sadəcə, şanslardan istifadə edib, qollar vurmaq lazımdır”.(apa)

pia.az


Etiket: Zlatko Daliç


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Ən çox oxunanalar