Cümə, 05 İyun 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Ziyalılar Mübariz Mənsimova görə İlham Əliyevə müraciət etdi - Siyahıda 138 ad var

Ziyalılar Mübariz Mənsimova görə Prezidentə müraciət etdilər...

Bir qrup ziyalı Türkiyə həbsdə olan “Palmali” şirkətlər qrupunun prezidenti Mübariz Mənsimovun azad edilməsi ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevə müraciət ünvanlayıblar.

PİA.az-ın xəbərinə görə, müraciətdə deyilir:

“Cənab Prezident !

Biz Azərbaycan ziyalıları olaraq Sizin siyasət , iqtisadiyyat , mədəniyyət , idman və digər sahələrdəki uğurlu addımlarınızı izləyir , qərarlarınızı dəstəkləyir , alqışlayır və Sizinlə qürur duyuruq ! Nüfuzlu beynəlxalq tədbirlərin ölkəmizdə keçirilməsinə nail olmağınızı , neft sektorundan başqa turizm , kənd təsərrüfatı və digər sahələri inkişaf etdirməyinizi görməzdən gəlmək nankorluq olardı. Xüsusilə Sizin siyasi arenada gördüyünüz işlər , Münhendə Paşinyanla söz duelindəki qalibiyyətiniz biz ziyalıların Sizə -dövlət başçımıza olan sevgini , inamı və qürur hissini ən yüksək səviyyəyə qaldırdı. Siz Milli Qəhrəmanlarımız Mübariz İbrahimovun , Çingiz Qurbanovun və onların silahdaşı igid Fərid Əhmədovun cəsədini xain düşməndən alanda da , Ramil Səfərovun həbsdən azad edilməsinə nail olanda da biz böyük iftixar hissi keçirib bir daha əmin olduq ki , bu Vətən Sizin kimi başcısı olduqca heç vaxt məğlub olmayacaq ! Bu , belə də olmalı idi.Çünki Siz siyasi meydanlara böyük və ali bir məktəb olan Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu keçərək bu məktəbin layiqli nümayəndəsi kimi məğrur addımlarla gəlmisiniz.

Möhtərəm Prezident !

Son günlər Azərbaycanın daha bir tanınmış oğlu dünya şöhrətli iş adamı, Palmali Şirkətlər qrupunun rəhbəri Mübariz Mənsimov yaşadığı və biznesini qurduğu Türkiyədə hüquq muhafizə orqanları tərəfindən saxlanılmışdir. Ona FETÖ-çü damğası vurulmaqla terror təşkilatına yardım etməkdə təqsirli hesab edirlər. Mübariz Mənsimov daim ehtiyacda olanlara, xəstələrə, kimsəsizlərə, darda qalanlara, məzlumlara yardım etmişdir. Yüzlərlə imkansız tələbə məhz onun himayəsi altında təhsil alir. El arasında ona “Əsrin Hacı Zeynalabdin Tağıyevi” deyilməsi də təsadüfü deyildir – Mübariz Mənsimov bu adı Allah və bəndə yanında sevilən xeyirxah əməllərinə və sonsuz səxavətinə görə almışdır. Şirkətlərində minlərlə türk və azərbaycanlı işləyir , ailəsinə çörək aparır. Məntiqə sığası deyildir ki, M.Mənsimov ikinci vətəni hesab etidyi qardaş Türkiyə dövlətinin əsaslarını sarsıda biləcək düşüncə və əməllərin sahibidir. O, Türkiyə – Azərbaycan münasibətlərinin möhkəmlənməsinə xidmət etməyi özünə şərəf bilən, imkansız Azərbaycan və Türkiyə vətəndaşlarına köməklik göstərən soydaşımızdır və bununla bağlı kifayət qədər faktlar mövcuddur. Belə bir adamın FETÖ kimi şər qüvvələrlə necə işi ola bilər? Aydındır ki, burda bir yalnışlıq var və o yalnışlıq səbəbindən bu gün bu xeyirsevər adam dəmir barmaqlıqlar arxasındadır. Hər zaman kasıbın, köməksizin yanında olan , çətin vəziyyətə düşmüş insanlara yardım əlini uzadan adamın bu gün köməksiz durumda olması bütün Azərbaycanı, onu sevən milyonları məyus etmişdir.

Möhtərəm Prezident!

Heç kimə sirr deyildir ki, Türkiyə Cümhuriyyətinin Başqanı sayın Rəcəb Tayyib Ərdoğan sizinlə yaxın dostdur, eyni zamanda Azərbaycanın da yaxın dostudur. Bu səbəbdən biz, burda imzası olan bir qrup ziyalı Sizdən xahiş edirik ki, Mübariz Mənsimovun həbsi ilə bağlı əlaqədar öz nüfuzunuzdan yararlanaraq sayın Ərdoğandan onun azad olunmasını istəyəsiniz. Dünya olaraq çətin günlərdən keçirik. Hamı əzizlərindən, doğmalarından narahatdır. Mübarizin də himayəsində 4 övladı və onun həbs olunmasından hələ də xəbəri olmayan qoca valideynləri var . Biz Sizdən bunu həm də Heydər Əliyev kimi bir Atadan, Zərifə xanım kimi bir Anadan tərbiyə, öyüd, nəsihət alan, mənəvi dəyərlərə hörmət edən bir Oğul kimi xahiş edirik! İnanırıq ki, Siz şəxsən bu məsələ ilə məşğul olsanız, mütləq həllini tapacaq .

Sizə inamımız və güvənimiz sonsuzdur !Allaha əmanət olun ! Tanrı Azərbaycanı qorusun !

Hörmətlə :

1. Xatirə Xatun, filoloq , şair-qəzəlxan, AYB və İraq-Türkmən YB-nin üzvü,

2.Ceyran Həsənova , müəllim , Qabaqcıl təhsil işçisi və “İlin ən yaxşı müəllimi ” mükafatçısı,

3.Elşən Qafarov , ictimai fəal , tarixçi , təhsil üzrə araşdırmaçı mütəxəssis,

4.İldırım Şükürzadə , müəllim , tədqiqatçı-tarixçi , Qabaqcıl təhsil işçisi ,

5.Rövşən Ağayev, Əməkdar müəllim,

6. Hacı Allahverən Nəzərov, təqaüddə olan müəllim ,

7. Malik Balaşov , müəllim , müxbir,

8.Zemfira Vəliyeva , filologiya elmləri doktoru , professor , Slavyan Universitetində dekan ,

9. Aysel Xanlarqızı Səfərli , filoloq , şair , AYB-nin üzvü ,

10. Yədulla Ağazadə , filologiya üzrə fəlsəfə doktoru , professor ,

11.Aynur Heydərova , coğrafiya üzrə fəlsəfə doktoru ,

12.Nurəddin Ədiloğlu , jurnalist , yazıçı -publisist , AYB-nin üzvü ,

13.Etibar Cəbrayıloğlu , jurnalist ,

14.Malik Cəbiyev , həkim , şair ,

15.Şahmurad Şahmarbəyli , müəllim , yazıçı , AYB-nin üzvü ,

16.Aslan Salmansoy , filoloq ,

17.Yaşar Qurbanov , müəllim , jurnalist , Azərbaycan Jurnalistlər Birliyinin və İraq-Türkmən YB-nin üzvü , “Qızıl qələm ” mükafatçısı ,

18.Səfa Rəşid Hüseynov , tarixçi , şair ,

19. Cəbrayıl Şıxəliyev , Əməkdar müəllim , ” Tərəqqi ” medalı mükafatçısı ,

20. Maqsud Mərdiyev , müəllim , Qarabağ müharibəsinin veteranı ,

21.Əbülfət Pələngov , Qabaqcıl təhsil işçisi , AJB-nin üzvü , professor,

22.Qafar Cəfərli , hüquqşqnas , şair , ehtiyatda olan mayor , AYB-nin üzvü , Qarabağ müharibəsi veteranı ,

23.Xasay Fəttayev , ədliyyə mayoru ,

24.Leyla Məcidova , tarix üzrə fəlsəfə doktoru , baş müəllim ,

25. Səməd Fətullayev , iqtisadçı ,

26. Əmrulla Şirvanov , hüquqşünas ,

27.Hikmət Ağayev , ehtiyatda olan “Azərbaycan bayrağı ” ordenli polkovnik ,

28.Vüqar Axundov , mühəndis ,

29. Məhəmməd Məmmədov , İctimai Nəzarət CRK-nin sədri , KİV region Az.TV-də baş redaktor ,

30. Sakitə Qulamova , müəllim ,

31.Ramazan Hüseynov , Rusiyanın Kamçatka diyarındakı Azəri İctimai Təşkilatının sədri ,

32. İlhamə Müslümova , həkim ,

33. Bəyim Seyidova , hüquqşünas ,

34. Təbrizə Pünhan , müəllim , Qabaqcıl təhsil işçisi , məktəb direktoru , şair , AYB-nin üzvü , “Qızıl qələm ” mükafatı laureatı ,

35.Aqşin Mistanlı , tədqiqatçı-tarixçi ,

36. Şəhla İsgəndərova , mədəniyyət işçisi , müğənni ,

37.Ramin Qurbanov , hüquqşünas,

38.Təzəxan Əsgərov , müəllim , Qarabağ müharibəsi veteranı ,

39.İltifat Əhmədov , jurnalist ,

40.Mahirə Nəriman qızı Mahi , şair , yazıçı , AYB-nin üzvü , Prezident mükafatçısı ,

41.Tosif Babayev , psixologiya elmləri namizədi , dosent ,

42.Cəfər Fətullayev , ssenarist , Azərbaycan Teatr Xadimləri İttifaqının üzvü ,

43.Məlahət Abdullayeva , pedaqogika üzrə fəlsəfə doktoru , ADPU-nun dosenti ,

44.Anar Süleymanov , hərbçi ,

45. Famil Məmmədov , dənizçi ,

46.Sərraf Mehdiyev , aqronom ,

47.Şərafəddin İlkin , şair-publisist , AYB-nin üzvü , “Orta təhsil” jurnalının baş redaktoru ,

48.İradə Kərimova , müəllim,

49.İqbal Nəhmət , şair ,

50. Tofiq Eminov , ehtiyatda olan zabit , mayor ,

51. Əfrayıl Fərziyev , QHT ,

52. Fikrət Bəşirov , müharibə veteranı ,

53. Vaqif Alxasov , müəllim ,

54. Zakir Həsənov , müəllim ,

55. Afa Əzizova , müəllim ,

56. Vasif Cəfərov , müəllim ,

57.Elnarə Əliyeva , müəllim,

58.Ramazan Quliyev , sahibkar ,

59. Namiq Bağışov , müəllim, Qarabağ müharibəsinin veteranı ,

60 . Nailə Əsgərova , müəllim ,

61. Aynur Qafarova , tibb işçisi ,

62. Şəhla Cabbarova , müəllim ,

63. Aybəniz Quluzadə , müəllim ,

64. Gülqız Adilova , müəllim ,

65. Tünzalə Amanova , müəllim ,

66. Ziyafət Bayramova , müəllim ,

67. Muxtar Fərəcov , ehtiyatda olan zabit ,

68.Əzizağa Fərzullayev , ehtiyatda olan zabit ,

69. Nicat Əlizadə , müəllim ,

70.Elşad Şəfəqqətov , müəllim ,

71. Afaq İsgəndərzadə , müəllim ,

72. Vaqif Mütəllimov , müəllim ,

73. Məlahət Məmmədova , tibb işçisi ,

74.Fərzulla Quliyev , texnik-texnoloq ,

75. Mais İbrahimov , iqtisadçı ,

76. Rahilə Qasımova , müəllim ,

77. Zahirə Məmmədova , müəllim ,

78. Həmidə Cəfərova , müəllim ,

79.Esmira İsmayılova , jurnalist ,

80. Elxan Hüseynov , müəllim ,

81.Ramiz Əsədov , ehtiyatda olan zabit ,

82. Sücəddin Miriyev , müəllim ,

83. İmran Şıxəliyev , müəllim ,

84. Sübhan Bağırov , mühəndis ,

85. Mirhaşım Ağayev , təqaüdçü ,

86.İbrahim Nəsirli , müəllim ,

87. Nüşabə Baxşıyeva , müəllim ,

88. Sevinc Fərzullayeva , müəllim ,

89. Aynur Səfərəliyeva , əczaçı ,

90. Mehman Əliyev , müəllim ,

91. Müşfiq Məmmədov , müəllim , Qarabağ müharibəsi veteranı ,

92. Afət Axundova , müəllim ,

93. Səadət Həşimova , təqaüddə olan həkim ,

94. Elməddin Şəfəqqətov , müəllim ,

95. Əbülfət Axundov , aktyor ,

96.Hacı Zabit Talıbov , həkim,

97. Xalidə Vaqifqızı Rəhimova , müəllim , şair ,

98.Nuranə Həmidova , müəllim ,

99.Yalçın Heydərli, müəllim ,

100. Kazım Kazımov , iqtisadçı ,

101. Eldar Quliyev , müəllim ,

102. Aytən Əliyeva , müəllim ,

103. Mais Mənsimov , həkim ,

104.Surxay Məmmədov , müəllim ,

105. Rəhilə Məmmədova , müəllim ,

106. Zöhrab Məmmədov , müəllim ,

107. Müşfiq Cəbiyev , yazar ,

108. Nüşabə Baxşıyeva , müəllim ,

109. Kamil Qurbanov , müəllim ,

110. Rəşad Bağırov , müəllim ,

111. Məhərrəm Qəmbərov , müəllim ,

112. İntiqam Mirzəyev , müəllim ,

113.Mehparə Səfərova , müəllim ,

114. Reyhanə Tağıyeva , müəllim ,

115. Namiq Ağayev , müəllim ,

116.Mətanət Yəhyayeva , müəllim,

117.Aida Qulamova , müəllim ,

118. Azad Mehdizadə , müəllim ,

119. Azər Ələsgərov , mühəndis-mexanik ,

120 .Camal Axundov , müəllim ,

121. Azad Qəmbərov , ehtiyatda olan hərbi qulluqçu ,

122. Mətanət Babazadə , müəllim ,

123. Elçin Abışov , rabitəçi ,

124. Qədir Axundov , müəllim ,

125.Əfran Sucayev , müəllim ,

126. Seyran Ağayev , müəllim ,

127. Cəmilə Rəsulova , müəllim ,

128. Əvəz Nuriyev , müəllim ,

129. Nəriman Rəhimov , mühəndis ,

130. Azad Abdullayev , müəllim ,

131. Vurğun Axundzadə, müəllim ,

132. Şahin Məmmədli , mühəndis ,

133. Ziya Abdullayev , həkim ,

134. Talıb Bağırov, həkim- kardioloq ,

135. Vüqar Fəttayev , neft mühəndisi ,

136. Əfqan Nəhmətov , kiçik iş adamı ,

137. Ramiz Babacanov , müəllim ,

138.Eldar Quliyev , müəllim  (Pravda.az)

pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627



Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Kimlər "KQB"nin agenti olub? – Sülhəddin Əkbər açıqlayır

Sabiq deputatın şirkəti Moskvada 1.5 milyarda yarımçıq bina alır

Həftəsonu fəaliyyətinə icazə verilən qurumlar - Siyahı

Azərbaycanda hər gün 170 nəfər ölür - TƏBİB

“Tutuquşu kimi qonşu ölkələr nə etdisə, onun təkrar etməməlidilər”

Bakıda sabah dövlət qurumları 14:00-a qədər işləyəcək - Rəsmi

Prezident İlham Əliyevin iştirakı ilə Ağcabədidə “ASAN xidmət” mərkəzi açılıb - Yenilənib

Ağcabədinin içməli su təchizatı və kanalizasiya sistemləri istismara verilib- Yenilənib,Fotolar

loading...

Ən çox oxunanalar