Bazar ertəsi, 19 Aprel 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki
En

Ziya Məmmədovun Ucardakı obyektləri - Ticarət mərkəzi, mağazalar, fermalar... + Fotolar

Rayon sakini keçmiş naziri ailəsinə məxsus obyekti qanunsuz olaraq dağıdıtdırmaqda ittiham edir...

"Keçmiş Nəqliyyat Naziri Ziya Məmmədovun bizim ailəyə qarşı etdiyi qanunsuzluğa görə bu gündən ölüm aclığı aksiyasına başlayıram".

Bu sözləri Ucar şəhəri, Oğuz küçəsi ev 41 ünvanda yaşayan sakini Əliyev Tehran İslaməli oğlu "AzPolitika.info"-ya göndərdiyi məktubda yazıb.

Şikayətçi bildirir ki, Ziya Məmmədovun göstərişi ailəsinin yeganə qazanc yeri olan obyekti qanunsuz olaraq dağıdılaraq yerində şahmat məktəbi inşa edilib.

"Hansı ki, həmin obyektin atam Əliyev İslaməli Xeyrulla oğluna məxsus olmasına dair qanuni sənədlərimiz var. Atam həmin 460 kv-m torpaq sahəsini 30 iyun 2005-ci il tarixdə Ucar Bələdiyyəsindən almışdı. Orada avtomobillərin yuyucu məntəqəsi tikib, gələn qazancla ailəmizi dolandırırdıq. Atam 2007-cu ildə vəfat etdi, məni isə 2010-cu ildə Rusiyada bir erməni şərləyib həbs etdirdi. Azərbaycana ekstradasiya olundum və 2020-ci ildə azad edildim"- deyə, Ucar sakini yazır.

 

Tehran Əliyev bildirir ki, sənədlərini götürüb Ucar rayon İcra Hakimiyyətinə müraciət edərək, atasına məxsus torpaq sahəsinin üzərində şahmat məktəbinin hansı əsasla tikildiyini soruşub: "İcra başçısı mənə dedi ki, 2010-cu ildə Ziya Məmmədovun göstərişi ilə bu addımı atıb. İndi bizə həmin torpaq sahəsinin əvəzinə başqa yerdən yer vermək istəmirlər".

Şikayətçi daha sonra yazır ki, Ziya Məmmədov nədənsə şahmat məktəbini rayonun mərkəzində olan şəxsi obyektlərinin yerində tikdirməyib: "Bizim torpaq sahəmiz mərkəzdən kənardadır, ancaq Ziya Məmmədovun Ucar şəhəri, N.Nərimanov küçəsində sahəsi 3000 kv.m. olan "Siti klub"u, sahəsi 6000 kv-m olan marketi, "Azərbaycan" küçəsində 80 obyekti birləşdirən ticarət mərkəzi var. Hansı ki, həmin yerdə əvvəllər böyük park var idi. Beş mindən çox ağacı kəsdirib yerində ticarət mərkəzi inşa etdirib və icarəyə verib.

 

Bundan başqa "Azərbaycan" küçəsində yerləşən, sahəsi 5000 kv-m olan «555» mebel mağazası, H.Əliyev küçəsində 1 hektar ərazini əhatə edən böyük yeşik sexi var. Ziya Məmmədova məxsus bu obyektlər təkcə Ucar şəhəri ərazisində yerləşənlərdir. 

 

Rayonun kəndlərində, Bakı-Qazax magistralının kənarında bundan qat-qat çox sayda böyük obyektlər, fermalar və min hektarlarla əkin sahələri var".

Şikayətçi avtoyuma mərkəzinin bərpa olunmasını, Ziya Məmmədovun və onun qohumu, sabiq icra başçısı Yaşar Məmmədov cinayət məsuliyyətinə cəlb olunmasını tələb edir.

 "Ombudsman Səbinə Əliyevadan xahiş edirəm, bu gündən başladığım ölüm aclığı aksiyasını nəzarətə götürüb hüquqlarımın müdafiəsinə dəstək olsun. Aksiya zamanı ölərəmsə, məsuliyyəti bir başa Ziya Məmmədovun üzərinə düşəcək",-deyə Tehran Əliyev vurğulayıb.

Beləliklə, sabiq nazirin tək kiçik bir rayondakı əmlakının dəyəri milyonlarla ölçülür...

Xatırladaq ki, bu yaxınlarda mətbuata açıqlama verən Ziya Məmmədov dolana bilmədiyi üçün heyvandarlıqla məşğul olduğunuı söyləmişdi. Rayon sakinin yazdıqlarından məlum olur ki, sabiq nazir yalan danışmayıb. Sadəcə bir qədər "təvazökarlıq" edib, fermaları olduğunu söyləməyib...

 

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Ermənilərin ümidi qalmayıb, Xankəndini tərk edirlər

Flora Kərimova: "Məni savadsız kütlənin qarğışına, söyüşünə tuş etdiniz!"

Azərbaycana 100 milyon dollar, Ermənistana isə heç nə - Pentaqona etiraz

Təklənən Rusiya: Putinin yeni planında kimlər olacaq?

Silah anbarlarını Rusiya kəşfiyyatının partlatdığı üzə çıxdı, 18 diplomat ölkədən çıxarıldı

Türkiyə səfiri Ermənistan prezidentinin Gürcüstandakı təxribatına cavab verdi

Prezidentin vəzifədən azad etdiyi məmur haqda maraqlı faktlar

Şəhid anası: "Atası oğlum şəhid olanda üzə çıxıb pul tələb etdi"

Yırtıcını vuran şəxs dərhal cəzalandırılacaq, bəs vətəndaşın ziyanı – Kimə nə...

İlham Əliyev Ramiz Həsənovu vəzifəsindən azad etdi 

“Bu çox gülünc bəyanat idi” - Ərəstun Orucludan Xanlar Vəliyevin “Tərtər İşi” ilə bağlı açıqlamasına şərh

Ən çox oxunanalar