Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ziya Məmmədov sökülə-sökülə gedir, digər yandan isə...

Paytaxtın Rəşid Behbudov küçəsində keçmiş nəqliyyat naziri Ziya Məmmədova aid olduğu bildirilən çoxmərtəbəli ofis sürətlə sökülür

Bu barədə məlumat yayan Qaynarinfo saytı bildirib ki, 1 saylı İqtisad Məhkəməsi və Nəsimi Rayon Prokurorluğunun yaxınlığında, Bakıxanov küçəsi-42 ilə paralel yerləşən, müasir tələblərə cavab verən binanın söküntü işlərinə üç gündür start verilib.

Söküntü işi üçnövbəli iş qrafiki ilə aparılır. Söküntüsü aparılan bina özəlliyi ilə fərqlənirdi. Binanın damında eyni anda iki helikopterin enə biləcəyi meydança vardı. Elə söküntüyə də helikopter meydançasının səbəb olduğunu iddia edənlər var.

Saytın yazdığına görə, 2010-cu ildə istifadəyə verilən binada Ziya Məmmədovun oğlu Anar Məmmədovun rəhbərlik etdiyi “ZQAN” holdinqin əsas ofisi və holdinqə aid olan törəmə şirkətlər, eləcə də ayrı-ayrı icarədar holdinq və şirkətlərin də ofisləri yerləşib. Söküntüyə rəhbərlik edən növbəli briqadaların birinin iş icraçısı binanın təcili və sürətlə sökülməsi tapşırığını aldığını deyib.

Ziya Məmmədov hazırda faktiki olaraq heç bir vəzifə daşımır. O, “Yeni Müsavat”a müsahibəsində ibadətlə məşğul olduğunu söyləmişdi. Mətbuatdan məlumdur ki, sabiq nəqliyyat naziri vəzifədə olarkən oliqarxa çevrilmişdi. O, sərbəst şəkildə heç ayda 5000 manat pul qazana bilməyəcək oğlu Anar Məmmədovu iş adamı elan edib, dövlətdən oğurladığı pulları onun sərəncamına verib dövr etdirirdi. Məmmədovlar xeyli sayda şirkətlər yaratmışdılar, bank sahibi olmuşdular (“Bank of Azerbaijan”). Üstəlik, ölkə boyunca min hektarlarla torpaq sahələrini yağmalamışdılar. Hətta Bakı Beynəlxalq Avtovağzalını da özəl obyektləri kimi rəsmiləşdirməyə nail olmuşdular...

Məmmədov vəzifədən azad edildikdən sonra onun mülkləri də əlindən alınmağa başladı. 2017-ci ildə Ziya Məmmədovun regionlarda ələ keçirmiş olduğu böyük mülklərin ondan geri alınması prosesinin sürətlənməsi ilə bağlı xəbərlərə rast gəlirik. Belə ki, o, nazir işlədiyi vaxtlarda Göyçayın Potu və Hüngütlü kəndləri arasında yerləşən 20 hektardan artıq səfalı yeri zəbt eləmişdi.

Məlumatlara görə, həmin ərəfədə Ziya Məmmədovun Ucardakı müəssisələri, obyektləri, Göyçay, GoranboyTərtər ərazisindəki daş-çınqıl karxanaları əlindən alınıb. Hətta bu ilin mart ayında Musavat.com-a məlumat daxil oldu ki, Ziya Məmmədov uzun illərdir ziyarət etmədiyi villasına 310 min manat qiymət qoyaraq, satışa çıxarıb. İki böyük giriş qapısı olan bu mülk 2 hektara yaxın torpaq sahəsində yerləşir. Bir zamanlar sabiq nazirin və ailə üzvlərinin tez-tez baş çəkdiyi həmin bağ evinin həyətində meydança, ayrı tikilidə idman və əyləncə zalı da var.

Lakin özü siyasi qürub çağını yaşasa da, eks-nazirin yaxın ətrafına yenidən etimad edilib, vəzifələr verilib. Belə ki, Ziya Məmmədovun qardaşı Elton Məmmədov bu ilin may ayında təhsil nazirinin əmri ilə Azərbaycan Texniki Universitetində (AzTU) Strateji inkişaf üzrə prorektor təyin edilib. O, bundan öncə 3 çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub.

Həmçinin bu ilin iyun ayında Elton Məmmədovun oğlu Aynar Məmmədovun da vəzifəsi yüksəldilib. Belə ki, iyun ayında Azərbaycan Respublikası Milli Məclisi Aparatında və İşlər İdarəsində inzibati vəzifə tutan bir qrup dövlət qulluqçularına ixtisas dərəcələrinin verilməsi haqqında sərəncam imzalanıb. Sərəncamda Milli Məclisin Beynəlxalq münasibətlər şöbəsinin əməkdaşı Aynar Elton oğlu Məmmədovun da adı qeyd olunur. Sərəncamın elan olunduğu gündən Aynar Məmmədov sözügedən şöbənin baş müşaviri vəzifəsində çalışır.

Məsələ ilə bağlı Elton Məmmədov həmin zaman mətbuata açıqlamasında bildirib ki, Aynar Məmmədov uzun illərdir Milli Məclisdə çalışır: “Əvvəl kiçik məsələhətçi, sonra kiçik müşavir, bu gündən isə baş müşavir vəzifəsində öz işini davam etdirəcək”.

Ekspertlər bildirirlər ki, Ziya Məmmədovun özünün bağışlanması mümkün görünmür. Onlar hesab edirlər ki, Məmmədovun çoxsaylı qanunsuz əməlləri ilə yanaşı, yaratdığı “əsərlər” sırasında bu gün də şəhərdə “gəzən hamam”ları xatırladan narahat avtobuslar, sökülüb yararsız vəziyyətə düşən Quba yolu var. Hansı ki, bütün bunlar hələ də insanlara əziyyət verir, dövlət büdcəsindən yenidən əlavə vəsaitlərin ayrılmasına səbəb olur...(Yeni Müsavat)

pia.az


Etiket: Ziya Məmmədov


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ən çox oxunanalar