Şənbə, 24 Avqust 2019
USD : 1.7
EUR : 1.9178
Hava
+29 ° Baku
+31 ° Quba
+23 ° Qusar
+32 ° Gəncə
+28 ° Lənkəran
+30 ° Naxçıvan
+35 ° Salyan
+32 ° Şəki

Ziya Bünyadov prospektində zəncirvari qəza baş verib, yolda güclü tıxac yaranıb - Foto

Nərimanov rayonunda 4 avtomobilin iştirakı ilə zəncirvari yol qəzası baş verib

Ziya Bünyadov prospektinin Nərimanov rayonu ərazisinə düşən hissəsində İbakov Maqamed Sultan oğlunun idarə etdiyi "DAF" markalı ağır tonajlı yük maşını, Fəxrəddin Əliyevin idarə etdiyi "VAZ 2107" markalı minik maşını, "Hyundai" və "Opel" markalı minik maşınlarının toqquşması nəticəsində zəncirvari qəza qeydə alınıb.

Hadisə nəticəsində xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib.

Əraziyə Dövlət Yol Polisi əməkdaşları cəlb olunub. Qəzadan sonra yolda tıxac yaranıb. DYP əməkdaşları tıxacın qarşısının alınması istiqamətində tədbirlər görürlər.

Hadisənin təfərrüatı araşdırılır.

pia.az


Şərh yazın.

loading...