Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Zimnyaya Vişnya” ticarət mərkəzində baş vermiş faciədən bir il ötür

Rusiyanın Kemerovo vilayətindəki “Zimnyaya Vişnya” ticarət mərkəzində baş vermiş faciənin birinci ildönümündə həlak olanların xatirəsi anılır

Azərtac xəbər verir ki, ötən il baş vermiş yanğın nəticəsində 60 nəfər həlak olmuşdu. Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva hadisə ilə bağlı başsağlığı verib, Heydər Əliyev Fondu həlak olanların ailələrinə və xəsarət alanlara yardım göndərmişdi.

Hazırda hadisə ilə əlaqədar təqsirli bilinən 15 nəfərdən səkkizi barəsində cinayət işinin istintaqı başa çatıb. Cinayətin daha bir iştirakçısı, ticarət mərkəzinin sahibi olan şirkətin baş diektoru Vyaçeslav Vişnevski Polşada həbs edilib. Onun Rusiyaya ekstradisiyası məsələsi müzakirə olunur.

Yanğının baş verdiyi bina 80 il əvvəl inşa olunub. SSRİ dövründə burada fabrik fəaliyyət göstərib. Sonradan həmin binada yenidənqurma işləri aparılıb və burada ticarət mərkəzi yerləşdirilib. Lakin binanın yenidən qurulması zamanı texniki qaydalara əməl olunmayıb və xeyli sayda pozuntulara yol verilib.

Ötən il martın 25-də baş vermiş yanğına qısaqapanma səbəb olub. Binanın yuxarı mərtəbəsində başlayan yanğın sonradan aşağı mərtəbələrə də yayılıb. Hadisə nəticəsində 37 nəfər kinozalda, 23 nəfər isə ehtiyat çıxışının bağlı olan qapısının önündə həlak olub.

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar