Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Zibil qutularında gedən 40 milyard – Bitcoinləri itirənlər kimlərə qazanc gətirir?..

Son araşdırmalar göstərir ki, ən azı 2-5 milyon arasında Bitcoin həmişəlik itib...

Burak Köse,
“Karar” qəzeti, Türkiyə

Bitcoin ilk dəfə ortaya çıxanda onu istehsal etmək xeyli asan idi. Bunun evdəki bəsit bir kompüterlə də etmək olardı. Zaman keçdikcə Bitcoin istehsal edənlərin sayı artmağa başladı. Bitcoin istehsalçılarının sayı artdıqca istehsal da çətinləşməyə başladı. Son nəticədə, bu gün bu iş üçün xüsusilə ayrılmış vasitələr olmadan gəlir əldə etmək mümkün deyil. Bu işi artıq 8-9 il əvvəlki sıravi istifadəçilər deyil, dəyəri milyard dollarla ölçülən şirkətlər aparırlar.

Qallerin Nyu-Port şəhərində yaşayan Ceyms Houels adlı bir şəxs 2009-cu ildə Bitcoin ortaya çıxandan bəri evdəki kompüteri ilə Bitcoin hazırlayırdı. Bunun sayəsində, bu günki dəyəri 60 milyon dollardan çox olan 7500 Bitcoin istehsal etmişdi. Houels bunu 2013-cü ilə qədər davam etdirmiş, həmin il bu işi buraxdıqdan sonra noutbukunu hissələrə ayıraraq eBay-da satmışdı. İstehsal etdiyi Bitcoinləri isə bir hard diskin içində saxlayırdı.

Lakin elə həmin il evini yığışdırarkən diski səhvən zibilə atıb. 7500 Bitcoin-in dəyəri bu gün 60 milyon dollar olsa da, 2017-ci ilin dekabrında qiyməti 150 milyon dollar oldu. Houels hard diskini şəhərin zibilliklərindən tapa bilmək üçün bələdiyyə ilə bir neçə dəfə əlaqə saxlayıb. Hətta Bitcoinlərin 10%-ni belə verməyi belə təklif edib, lakin zibilliyi qazmaq, toplamaq və emal etmək milyonlarla sterlinqə başa gələ bilərdi. Amma hard diskin tapılacağının, tapılsa belə işə yarayacağının qarantiyası yox idi. Həmçinin, qazıntı aparmaq ətraf mühiti çirkləndirə bilərdi.

Bəxtsiz Houelsin hekayəsi xeyli maraqlı və bir o qədər də üzücüdür. Lakin Houelsin itən Bitcoinləri bu günə qədər itən və bir də geri gətirilməyən bütün Bitcoinlərin yanında heç nədir. Yəni, əminəm ki, Houelsin hekayəsi kimi eşitmədiyimiz bir çox hekayə var. Çünki nəticələr bunu göstərir.

Son araşdırmalar göstərir ki, ən azı 2-5 milyon arasında Bitcoin həmişəlik itib. Bu, ona görə deyilir ki, son 5 ildə 2 milyon Bitcoin, son 3 ildə isə 5 milyon Bitcoin üzə çıxmayıb. Rəqəmlər bu günkü Bitcoinin qiymətinə əsasən ifadə edilərsə, ən azı 16 milyard, ən çoxu isə 40 milyard dollar birdəfəlik yox olub.

Bəs Bitcoin-ləri necə itirirlər?

Bitcoin-lərin saxlanıldıqları hesabın şifrəsi unudulduqda, səhv bir ünvana göndərildikdə, sahibi vəfat etdikdə və ya Houelsin başına gələn hadisəyə bənzər bir vəziyyət olanda Bitcoinlər itə bilər.

Əslində, bu halda Bitcoinin özü itmiş olmur, sadəcə olaraq sahibinin nəzarətində olan xüsusi açar (private key) itdiyi üçün artıq onu tapmaq olmur. İtirilən Bitcoinlər, texnologiya prinsiplərinə görə, geri alına bilməz.

Bitcoinlərin itirilməsi pis bir şeydirmi?

Bitcoinlərin itirilməsi, sözsüz ki, sahibi üçün çox pis şeydir. Lakin ekosistem üçün pis hal deyil, hətta yaxşı bir şeydir. Bitcoinlərin itirilməsi Bitcoinə olan tələbin azalması mənasına gəlir. Məlum olduğu kimi Bitcoin ən çoxu 21 milyon ədəd istehsal olunacaq. İtən Bitcoin-lərin sayı 5 milyondan hesabladıqda görünür ki, geriyə təkcə 16 milyon Bitcoin qalacaq. İllər keçdikcə Bitcoinin qiymətinin artması ilə bərabər olaraq bu say daha da azalacaq. Bu vəziyyətdə isə daha az tələb irəli sürüldükcə dəyər daha da yüksələcək.

Bitcoinin tanınmayan yaradıcısı Satoşi Nakamoto itmiş. O Bitcoinlər haqqında belə bir şərh verir:

“İtmiş Bitcoinlər digər hər kəsin coinidir, sadəcə olaraq bir az daha dəyərlidir. Bunu hər kəs üçün edilmiş bir ianə kimi qəbul edin”.

Tərcümə PİA.az-dır

Orjinal

Fatimə ƏLİYEVA
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Ən çox oxunanalar