Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Zəvvarların ilk qrupu avqustun 21-də Azərbaycana dönəcək

“Həcc ziyarətini başa vuran azərbaycanlı zəvvarların ilk qrupu avqustun 18-də Məkkədən Mədinəyə yola düşəcəklər".

Bunu APA-ya açıqlamasında Azərbaycan Həcc missiyasının üzvü Vüsal Cahangiri bildirib. Onun sözlərinə görə, Mədinədə hər qrup 3 gün qalacaq. Bu səbəbdən avqustun 18-i Mədinəyə gedənlər avqustun 21-i saat 10:00-da yola düşəcək və 14:20-də Bakıya çatacaqlar. Sonrakı qruplar da mərhələlərlə Məkkədən Mədinəyə aparılacaq. Sonuncu qrup Məkkədən avqustun 22-də çıxacaq. Mədinədən çıxan sonuncu təyyarə avqustun 25-i saat 21:00 radələrində Bakıya çatacaq”.

V.Cahangiri bildirib ki, Həcc ziyarəti zamanı bir zəvvar, 1950-ci il təvəllüdlü Bəhmən Şükürov dünyasını dəyişib: “Digər zəvvarlarımızın səhhəti normaldır. Əvvəllər ziyarət zamanı zəvvarların çoxu güclü qripə tutulurdu, bu il qripə tutulanların sayı azdır. Missiyada 5 həkimimiz var, onlar özlərilə lazım olan bütün dərman ləvazimatlarını gətiriblər”.

Qeyd edək ki, bu il Azərbaycandan Həcc ziyarətinə getmək üçün 1400 nəfərlik kvota ayrılıb. Bu il Həcc ziyarətinin qiyməti 4225 ABŞ dolları təşkil edib.

Pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Çinə səfər edən Antoni Blinken üçün qırmız xalı sərilmədi - Video    

Ən çox oxunanalar