Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Zerrin Özərin dünən evləndiyi şəxs fırıldaqçı çıxdı

Ötən gün türkiyəli müğənni Zerrin Özər 34 yaşlı Murat Akınca ilə evlənib

Axşam.az xəbər verir ki, lakin 61 yaşlı sənətçi ilə ailə quran Muratın fırıldaqçı olduğu ortaya çıxıb.

Belə ki, Akıncının köhnə sevgilisi “İkinci sayfa” proqramının canlı yayımına qoşulub. Səma adlı şəxs Murat haqda bunları deyib:

“Bu adam mənimlə tanış olanda adının Mahmud Atalay olduğunu demişdi. Qardaşı Amerikada oxuyurdu, onun sənədlərini həll etdik. Bu vəsilə ilə tanış olduq. Məndən min lirə borc aldı, axşam verəcəyini dedi və geri qaytardı. Sonra bir gün qardaşına pul lazım olduğunu dedi. Aramızda o qədər çox pul transferi oldu ki... Anası da hər fürsətdə “Çox köməklik etdin, Allah razı olsun” deyirdi. Özlərini çox varlı göstərirdilər. Onunla evliliklə bağlı düşüncələrimiz olmadı. Murat barəsində danışa bilməyəcəyim dərəcədə böyük səhvləri var. Onu məni hədələməyə başlayandan sonra tanıdım. Türkiyənin tanınmış mafiya başçılarının yanında olduğuna görə məni hədələri ilə bezdirirdi. Bir il ərzində məndən 400 min lirə pul aldı. Bir övladım var, onu ölümlə hədələyib. Məktəbinə qədər hər şeyi araşdırıb. Bütün mesajları məhkəmədə var. Sənədlərinə baxanda adı da Murat Akıncı çıxır, anasını da məhkəməyə vermişəm. Çünki hesablar onun adınadır. Zerrin xanımla fotolarını görəndən sonra çox sevindim. Göydə axtarırdım, onu yerdə tapdım. Üç ildir arxasınca düşmüşəm. Danışdıqlarım Zerrin xanımın eşitdiklərinin onda biridir. Mülkünü qapdırmasın. Əlimdə o qədər sənədlər var ki...”.

Qeyd edək ki, verilişin aparıcısı Murat haqda daha üç nəfərin fırıldaqçılıq etməsi ilə bağlı müraciət ünvanladığını deyib. Hər üç şəxs eyni şəkildə aldadılıb.

pia.az


Etiket: Zerrin Özər

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Ən çox oxunanalar