Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Zərdabda silsilə oğurluq törədən dəstə zərərsizləşdirildi

Zərdab rayonunda silsilə oğurluq törədən dəstə zərərsizləşdirilib

Bu barədə Zərdab Rayon Polis Şöbəsindən məlumat verilib.

Belə ki, aprelin 24-də Akif Qüdrət oğlu İbrahimova məxsus Zərdab şəhəri Zərdabi küçəsi, ev 4 ünvanında yerləşən evdən 1 ədəd peyk antenası aparatı, 1 ədəd DVD aparatı, 1 ədəd tozsoran və 1 ədəd nərd oğurlanıb. Bundan başqa, aprelin 23-də Nazim Səfəralı oğlu Eyvazovun dəyəri 120 manat olan bir baş quzusu da aparılıb.

Zərdab Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisələri şəhər sakinləri Rüfət Müşfiq oğlu Mənsimli ilə Ədalət Amin oğlu Məhəmmədlinin əlbir olub qrup təşkil edərək oğurladıqları məlum olub.

Eyni zamanda R.Mənsimlinin Zərdab şəhəri 20 Yanvar küçəsi ev 5 ünvanında yaşayan Eldəniz İsmayıl oğlu İsmayılova məxsus 3 ədəd elektrik tənzimləyicisini, 1 ədəd su daşını, 1 ədəd peyk antenası aparatını, 1 ədəd sərinkeşi və 1 ədəd balıq tilovunu və Zərdab şəhər 20 Yanvar küçəsi ev 3 ünvanında yaşayan Elşad Seyid oğlu Əsədova məxsus 1 ədəd somavarı oğurladığı ortaya çıxıb.

Həmin əşyalar maddi sübut kimi aşkar edilərək götürülüb, R.Mənsimli və Ə.Məhəmmədli şübhəli şəxs qismində tutulub, onların digər analoji cinayət əməllərini törədib-törətməmələri araşdırılır.

Faktla bağlı Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə cinayət işi başlanılıb. (Report)

pia.az


Etiket: Zərdab oğurluq

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Müharibə başlayandan bəri Belqorod vilayətində 120 nəfər ölüb

Xüsusi zolaqların çoxalması velosiped alanların sayını artırdı - Video

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Avropa çempionatı: Azərbaycan paraüzgüçüsü gümüş medal qazanıb

Ən çox oxunanalar