Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Zəngilanla bağlı reportaj Fransa portalında

Fransanın atlantico.fr onlayn resursunda Zəngilanla bağlı reportaj xarakterli məqalə dərc olunub.

“Report”un məlumatına görə, bölgəyə səfər etmiş yazının müəllifi, siyasi elmlər doktoru Sebastyan Bussua bu şəhəri İpək Yolunun gələcək strateji qovşağı adlandırır.

Onun sözlərinə görə, Zəngilan Bakıdan çox uzaq məsafədə yerləşir. Şəhərə aparan yol, bəlkə də ölkənin ən uzun diaqonal asfalt yoludur.

“Şərqdən cənub-qərbə 350 kilometrdən çox məsafə Azərbaycanın paytaxtını Qarabağın ən təcrid olunmuş şəhərlərindən biri olan Zəngilanla birləşdirir.

Şəhər bölgəni 27 il öncə işğal etmiş erməni qüvvələrinə qarşı 44 gün davam edən şiddətli döyüşlərdən sonra 20 oktyabr 2020-ci ildə geri alınıb. Bu torpaqlar vaxtilə SSRİ-nin dağılmasından sonra erməni millətçiləri tərəfindən “Böyük Ermənistan” layihəsini həyata keçirmək məqsədilə işğal edilib. Lakin artıq işğal olunmuş torpaqlar Azərbaycanın nəzarəti altına keçib.

Beynəlxalq hüquq, Birləşmiş Millətlər Təşkilatının dörd qətnnaməsi hər zaman Azərbaycanın haqlı olduğunu sübut etsə də, bu sənədlər 1993-cü ildən bəri heç vaxt tətbiq olunmayıb. Otuz ildir yüzminlərlə qaçqın əvvəlki həyatlarının və keçmişinin bir hissəsindən imtina etmək məcburiyyətində qalıblar”, - deyə məqalədə bildirilir.

pia.az


Etiket: Fransa.

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Maşınların qarşısını kəsib sürücülərə silah tuşlayan şəxs kimdir? - Video

Cavanşir Məmmədovun dəfnində buna görə az adam olub 

Müdirə salam vermədi, işdən qovuldu - Azərbaycanda ilginc hadisə

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Əməkdar artistin vəziyyəti pisləşdi: Reanimasiyaya yerləşdirildi - Foto

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Ən çox oxunanalar