Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Zelenski: “Ukraynaya qəhrəmanlar canlı olaraq lazımdır” - Yenilənib, Video

Ukrayna Prezidenti Volodimir Zelenski Mariupol müdafiəçilərinin “Azovstal” metallurgiya zavodunun ərazisindən xilas edilməsi əməliyyatı barədə danışıb. O, Ukraynaya qəhrəmanların canlı lazım olduğunu bildirib.

“Mariupoldakı vəziyyətə gəlincə. Ukrayna hərbçilərinin, Ukrayna Silahlı Qüvvələrinin, kəşfiyyatın, danışıqlar qrupunun, Beynəlxalq Qızıl Xaç Komitəsinin və BMT-nin fəaliyyəti sayəsində ümidimiz var ki, biz onları xilas edə biləcəyik.

Onların arasında ağır yaralılar var, onlara köməklik göstərilir. Vurğulamaq istəyirəm ki, Ukrayna qəhrəmanları Ukraynaya canlı olaraq lazımdır. Bu, bizim prinsipimizdir. Düşünürəm ki, hər bir adekvat insan bu sözləri başa düşəcək. Hərbçilərimiz, kəşfiyyatçılarımız Mariupol müdafiəçilərinin xilas edilməsi əməliyyatına başlayıblar. Onların evə gətirilməsi istiqamətində işlər davam etdirilir. Bu iş incəlik və vaxt tələb edir”, - deyə dövlət başçısı bildirib.

Yeri gəlmişkən, bildirək ki, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı 53 ağır yaralı hərbçinin təxliyə edilərək Novoazovskdakı tibb müəssisəsinə yerləşdirildiyi haqqında məlumat verib. Daha 211 müdafiəçi humanitar dəhlizlə Olenevkaya təxliyə edilib və mübadilə proseduru ilə Ukraynanın nəzarətində olan əraziyə qaytarılıb.

Bundan əvvəl “Reuters” agentliyi yaralı ukraynalı əsgərlərin olduğu ehtimal edilən onlarla avtobusun “Azovstal” ərazisini tərk etdiyi barədə xəbər yaymışdı. Müxbirlərin sözlərinə görə, maşınlarda neçə nəfərin olduğu məlum deyil. Zavodun yaralı müdafiəçilərinin sayının təxminən 600 nəfər olduğu bildirilirdi.

Qeyd edək ki, “Azovstal”ı müdafiə edən “Azov” alayının komandiri Denis Prokopenko demişdi ki, onun adamları öz tapşırıqlarını yerinə yetiriblər və indi o, tabeliyində olanların həyatını xilas etmək istəyir:

“Bəlkə də, buna görə - tapşırıq yerinə yetirildiyində və şəxsi heyət mümkün qədər xilas edildiyində müharibə elm deyil, sənət olur. Bu, komandanlığın ən yüksək səviyyəsidir, xüsusən də qərarınız ali hərbi rəhbərlik tərəfindən təsdiqlənirsə. Yaşasın Ukrayna!" - deyə o bildirmişdi.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı “Azovstal”da olan birləşmələrin komandirlərinin ali hərbi rəhbərlikdən şəxsi heyətin həyatını xilas etmək üçün əmr aldığını bildirmişdi.

***

Mariupoldakı “Azovstal” zavodunda olan yaralı ukraynalı hərbçilərin təxliyəsinə başlanılıb.

Bu barədə Müdafiə Nazirliyi məlumat verib.

“Mayın 16-da Mariupoldakı “Azovstal” metallurgiya zavodunun ərazisindəki ukraynalı hərbçilərin nümayəndələri ilə aparılan danışıqlar nəticəsində yaralıların çıxarılması barədə razılıq əldə olunub”, - deyə nazirliyin məlumatında bildirilir.

Rusiya MN-in məlumatına görə, zərərçəkənlər Novoazovsk xəstəxanasına yerləşdirilib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Ən çox oxunanalar