Çərşənbə, 22 Yanvar 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

Zelenski Ukraynada matəm elan etdi

Odessada kollecdə baş verən yanğın nəticəsində ölənlərin sayı 8-ə çatıb...

PİA.az xəbər verir ki, bu barədə Odessa vilayəti polisinin mətbuat xidməti məlumat yayıb.

Dekabrın 4-də baş verən yanğının söndürülməsi zamanı xəsarət alan 1976-cı il təvəllüdlü xilasedicinin həyatını qurtarmaq mümkün olmayıb.

Daha səkkiz nəfərin taleyi isə naməlum olaraq qalır. Yanğın baş verən kollecdə itkin düşənlərin axtarışları davam edir. Yanğın nəticəsində 30-a yaxın insan xəsarət alıb.

Ukrayna Prezidenti Vladimir Zelenski baş verən faciə ilə bağlı dekabrın 8-də ölkə üzrə matəm elan edilməsinə dair sərəncam verib.

Qeyd edək ki, dəhşətli yanğına səbəb kimi elektrik naqillərinin qısaqapanması göstərilir. Faktla bağlı cinayət işi açılıb.

pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627

Etiket: Zelenski Ukrayna

Şərh yazın.


loading...

Ən çox oxunanalar