Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Zelenski NATO-ya yardımla bağlı çağırış etdi

Ukrayna və NATO eyni məqsədləri bölüşür.

Bunu Ukrayna Prezidenti Vladimir Zelenski NATO-nun Madrid Sammitində videoformatda çıxışı zamanı deyib.

“Bizim də sizinlə eyni məqsədlərimiz var: Avropada və dünyada sabitlik. Buna görə də bu hücuma ləyaqətlə cavab vermək üçün bizə köməklə bağlı sizdən dəstək istəyirik. Bütün Atlantik cəmiyyəti vahid cəbhə yaratmalıdır. Bu, Ukraynaya qarşı müharibə deyil. Bu, Avropada yeni qaydalar yaratmaq və yeni dünya nizamını təmin etmək üçün aparılan müharibədir. Dinc sakinləri Rusiyanın raket hücumlarından və bombardmanlarından qorumaq üçün Ukraynanın müasir raketlərə və hava hücumundan müdafiə vasitələrinə ehtiyacı var:

Onları bizə verməklə, siz Rusiyanın şəhərləri dağıtmaq və dinc əhalini qorxutmaq taktikasını tamamilə poza bilərsiniz. Bu, əsas məqamdır. Kiyevdən Madridə qədər olan məsafə bizə qarşı istifadə edilən raketlərin məsafəsindən azdır. Tərəfdaşların köməyi olmadan dövlət belə bir təhlükəyə necə cavab verə bilər? Siz bu yardımı bizə edə bilərsiniz. Bizim, həmçinin daha çox artilleriyaya ehtiyacımız var”.

Zelenski Ukraynanı təkcə silahla deyil, həm də Rusiyaya qarşı maliyyə və sanksiyalarla dəstəkləməyə çağırıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb - Yenilənib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar