Bazar, 26 Yanvar 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

Zəhərlənən tələbələrin ağzından niyə qan gəlib? – Müəmma

Bəs niyə bu məsələdə bu məqama diqqət yetirilməyib?...

Dünəndən Bakı Dövlət Universitetində təhsil alan tələbə qızların zəhərlənməsi və onlardan birinin ölməsi barədə yayılan xəbərlərdə bir məqam var ki, bəlkə də çoxlarının diqqətini çəkməyib.

Verilən rəsmi xəbərlərdə zəhərlənən qızların ağzından qan gəldiyi bildirilib. Zəhərlənən insanın ağzından dərhal qan gəlmir. Bəs niyə bu məsələdə bu məqama diqqət yetirilməyib?

PİA.az xəbər verir ki, Kliniki Tibbi Mərkəzin Baş Toksikoloqu Azər Maksudov Bizimyol.info-ya bildirib ki, zəhərlənmə hallarında ağzıdan o zaman qan gələ bilər ki, daxilə kimyəvi maddə qəbul edilsin. “O tələbələr bəyəm sirkə içiblər? Yox kimdir bu məlumatı bu şəkildə yayan? Yanlış məlumat verilir. Zəhərlənmə halında ağzıdan qan gəlmir.Ya hər hansı travma alıblar, ya da kimyəvi maddə qəbul ediblərsə bu baş verə bilərdi. Botulizm deyil.Bu olsa belə o da dərhal qanaxmaya səbəb olmur. Qazdan, tüstüdən və s. boğulmadan ölüm hallarında da qanamaya rast gəlinmir. Məncə ətraflı araşdırılma aparılmalıdır”.

Bakı Dövlət Universitetinin Mətbuat prospekti 36 ünvanında yerləşən 2 saylı yataqxanasında zəhərlənmə hadisəsi baş verib. Nəticədə 3 tələbə zəhərlənib. Zəhərlənməsi ehtimal edilən qızlardan biri ölüb, ikisi isə kritik vəziyyətdə Təcili Tibbi Yardım avtomobili ilə 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıblar.

pia.az

Hostimul.com
Paylaşılan hostinq, fiziki server, VPS və ya reseller hostinqa ehtiyacınız olarsa, təklif etdiyimiz hostinq xidmətləri ilə nəinki layihənizə uyğun bir hostinq məhsulu seçib, həm də veb-saytınızı lazımi qorunma ilə təmin edə bilərsiniz. Ətraflı məlumat üçün daxil olun: https://hostimul.com/az/hosting-azerbaycan/

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627


Şərh yazın.


loading...

Ən çox oxunanalar