Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Zaxarova: "Tərəflərin ritorikası üçtərəfli bəyanatların ümumi məqsədlərinə uyğun olmalıdır"

“Fikrimcə regionda prosesin nizamlanmasına, sülhün bölgəyə qayıtmasına və vəziyyətin sabitləşməsinə yönəlmiş səylər bir nömrəli mövzu olmalıdır”.

Bunu Rusiya Xarici İşlər Nazirliyin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə deyib.

“Təəssüflər olsun ki, müxtəlif tərəflərdən müxtəlif dövrlərdə qeyri-sabitləşdirici xarakterli bəyanatları müntəzəm olaraq eşidirik. Bu cür bəyanatlar insanlarda sabah üçün qorxu yaradır və onların əldə olunmuş razılaşmaların reallaşması ilə bağlı inamlarına zərbə vurur. Təxribat xarakterli, saxta bəyanatlar... Bu dövrdə hansı bəyanatlar olmadı ki? Ona görə də biz deyirik ki, tərəflərdən eşitdiyimiz hər bir ritorika Rusiya, AzərbaycanErmənistan liderlərinin üçtərəfli bəyanatlarının vəzifələrinə və ümumi məqsədlərinə uyğun olmalıdır. Konstruktiv fəaliyyətlərlə bağlı informasiyalar nə qədər çox olsa, insanlarda vəziyyətin tam normallaşacağına dair inam artacaq. Bu isə olduqca böyük əhəmiyyət daşıyır. Sözsüz ki, dinc vəziyyətə tərəflərin dəstəyi və cəlb olunmuş qüvvələrin dəstəyi ilə mümkündür. İnsanların sabaha inamı olmalıdır və onları atılacaq addımlarla bağlı məlumatlandırmaq çox vacibdir”, - deyə Rusiya XİN rəsmisi vurğulayıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Ən çox oxunanalar