Şənbə, 23 Oktyabr 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Zaqatalada çayda batan kişinin meyiti tapılıb - Video, Yenilənib

Katexçay çayının Zaqatala rayonunun Mazıx kəndindən keçən hissəsində batmış 1968-ci il təvəllüdlü Abdulxalıqov Abdulbari Müslüm oğlunun meyiti tapılıb.

Bu barədə PİA.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib. Xəbərə görə, bu gün gecə saatlarından başlayaraq respublikanın şimal-qərb bölgəsinə yağan intensiv yağışlar nəticəsində bir sıra dağ çaylarında sululuğun artması, qısamüddətli sel və daşqın müşahidə olunub, BalakənZaqatala rayonlarının bir neçə yaşayış məntəqəsində bəzi fərdi evlər, həyətyanı və əkin sahələri, digər obyektlər və onların ətrafı subasmaya məruz qalıb.

Yaranmış vəziyyətlə əlaqədar dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri, o cümlədən Aviasiya dəstəsinin bir ədəd helikopteri xilasetmə, suçəkmə və digər təxirəsalınmaz tədbirlərin görülməsinə cəlb olunub.

Belə ki, helikopterin cəlb olunması ilə xilasedicilər tərəfindən sel nəticəsində Katexçay çayının Zaqatala rayonunun Mazıx kəndindən keçən hissəsində batmış 1968-ci il təvəllüdlü Abdulxalıqov Abdulbari Müslüm oğlunun cəsədi çaydan götürülərək aidiyyəti üzrə təhvil verilib.

Hazırda Nazirliyin qüvvələri tərəfindən su basmış ərazilərdə, əsas etibarilə, suçəkmə işləri həyata keçirilir.

***

Zaqatala sakini Katex çayında boğulub.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün səhər saatlarında rayonun Mazıx kənd inzibati ərazisində baş verib. 1968-ci il təvəllüdlü Zaqatala rayonu Qəbizdərə kənd sakini Abdulbari Müslüm oğlu Abdulxalıqov ərazidən axan Katex çayını keçməklə Balakən rayonunun Katex kəndi ərazisinə getmək istəyib. Bu zaman Abdulbari Abdulxalıqov suda boğularaq ölüb. Faktla bağlı Zaqatala rayon prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, sentyabrın 22-si axşam saatlarından bölgədə qeyri-sabit hava şəraiti hökm sürüb, BalakənZaqatala rayonlarına leysan yağıb. Katex çayında suyun səviyyəsi çoxalıb, çayda gecə saatlarında qısamüddətli sel keçib.

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Nəcməddin Sadıkov və qudası tanınmış iş adamının biznesinə “çöküblər”

Prezident Administrasiyasının əməkdaşı vəfat etdi

Xalq artistinin bacısı koronavirusdan öldü - Foto

Bakıda böyük əməliyyat keçirildi: 48 nəfər saxlanıldı

İki ŞOK bir arada: Əli İnsanovun partiyasını qeydiyyata aldılar və AzTV onu təbliğ etdi

Xankəndi boşalır – Erməni ictimai-siyasi fiqurlar həyəcan təbili çalır

“Kayrat” komandası qəza ilə bağlı açıqlama yayıb - Yenilənib

Kürdəmirin sabiq başçısına hökm oxundu - 8 il 6 ay

Şəhidin anası gəlini ilə ölümündən 2 dəqiqə əvvəl danışıb - Video 

İran maşınları Azərbaycan ərazisindən keçəcək – Köçəryan

Qarabağdakı türk hərbçilər ilk dəfə görüntüləndi: - Video

Ən çox oxunanalar