Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Zamirə Hacıyeva hansı həbsxanada saxlanacaq?

Gizli şahid sualları cavablandırdı

Zamirə Hacıyevanın ekstradisiyası üzrə Azərbaycanın tələbi əsasında Londonda məhkəmə prosesi davam edir.

APA-nın London müxbirinin verdiyi xəbərə görə, iyunun 26-da keçirilmiş növbəti prosesə Zamirə Hacıyevanın lehinə gizli şahid gətirilib, o, pərdə arxasından 5 saat ərzində həm Zamirə Hacıyevanın vəkili Hugo Keith, həm də Azərbaycan hökumətinin iddiasını müdafiə edən Helen Malcolmun suallarını cavablandırıb.

Sorğuya başlamadan öncə zaldakı jurnalistlərdən və iclası izləməyə gələn digər şəxslərdən Azərbaycan səfirliyini və ya hökumətini təmsil edib-etmədikləri soruşulub. Prosesdə Azərbaycanlı jurnalistin olması haqqında məlumat alan gizli şahid hakim Emma Arbuthnota bundan narahat olduğunu bildirib. Hakim isə şahidin tələbini nəzərə alaraq, APA-nın London müxbirini yanına çağırıb, ondan işlədiyi qurum haqqında məlumat alıb. Jurnalistin mobil telefonu da daxil olmaqla, üzərindəki bütün cihazlar müvəqqəti saxlanmaq üçün götürülüb.

Zamirə Hacıyevanın mənafeyini müdafiə edən gizli şahid Azərbaycan məhkəmə sistemini tənqid edib, insan haqları sahəsində və bütün seqmentlərdə problemlər olduğunu iddia edib. Vəkil Hugo Keith tərəfindən verilən yönləndirici suallar əsasında o, Ramil Səfərov, Xədicə İsmayıl, Mehman Hüseynov, “Nardaran işi” ilə bağlı məhkəmə dosyeləri barəsində özü bildiyi kimi şərhlər verib, Azərbaycanda bir sıra tanınmış simaların məhkəmə sistemi ilə problemlər yaşadığını qeyd edib. Bu zaman Ramil Səfərovun ekstradisiya dosyesi də xüsusi vurğulanıb.

Azərbaycan hökumətinin iddiasını müdafiə edən Helen Malcolm isə Azərbaycanda məhkəmə sistemi və insan haqları mövzusunda gedən islahatlar, Zamirə Hacıyevanın indiyə qədər hər hansı bir siyasi məqalə yazmadığı, siyasi fikir bildirmədiyi və ya siyasi görüşünün olmadığını bildirib.

Vəkil 31 avqust 2012-ci ildə Macarıstanın Azərbaycana verdiyi Ramil Səfərov barəsində cinayət işinə səbəb olmuş hadisənin Ermənistan-Azərbaycan münaqişəsi zəminində baş verdiyini açıqlayıb. Müdafiəçi bu cür iddialarla çıxış edən şahidə Zamirə Hacıyevanın Azərbaycandakı banklardan böyük məbləğlərdə nağd pul çəkdiyini və külli miqdarda vəsaiti mənimsədiyini xatırladıb.

Məhkəmə prosesində Zamirə Hacıyevanın Azərbaycana ekstradisiya edilərsə, hansı cəzaçəkmə müəssisəsində saxlanacağı haqqında qarşılıqlı müzakirələr aparılıb, Azərbaycanda qadınlar üçün nəzərdə tutulan müəssisələrin standartlara uyğun olub-olmadığı müzakirə edilib.

Məhkəmə prosesi iyunun 28-də davam edəcək.

Qeyd edək ki, APA-nın əməkdaşının mobil telefonu və digər cihazlar prosesin sonunda özünə qaytarılıb.

Xatırladaq ki, Beynəlxalq Bankın İdarə Heyətinin sədri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevaya 2009-2015-ciillərdə bank tərəfindən faizsiz kreditlər verilib və bu zaman o, heç bir sənəd təqdim etməyib. Z. Hacıyeva çirkli pulların yuyulması, bankın pullarının mənimsənilməsində günahlandırılır.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Azərbaycanda 42 yaşlı prokuror qəfil vəfat etdi

Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

Ən çox oxunanalar