Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Zakir Qaralov barəsində cinayət işi başlana bilər – Məhkəmə vəsatəti qəbul etdi

Prokrorluq orqanlarının keçmiş əməkdaşı Tofiq Ağacanov sabiq baş prokuror Zakir Qaralovun həbsini tələb edir...

PİA.az xəbər verir ki, Tofiq Ağacanov bununla bağlı Bakı İnzibati Məhkəməsində sabiq baş prokura qarşı iddiası üzrə məhkəmə prosesində vəsatət verib.

Məhkəmə isə bu vəsatəti qəbul edib.

Məlumatı Gununsesi.org-a təsdiqləyən Tofiq Ağacanov bildirib ki, Zakir Qaralovun barəsində cinayət işi başlanmasından ötrü xüsusi qərardad qəbul edilməsinə dair tərəfindən vəsatət verilib. “Hakim vəsatəti qəbul etdi və bildirdi ki, fikirini 16 iyun 2020-ci il tarixdə bildirəcək. Mən Prezidentə də, bu barədə açıq müraciət gödərmişəm”, - deyə o vurğulayıb.

Keçmiş prokuorluq işçisi deyib ki, Zakir Qaralovun həbs olunması üçün ciddi əsaslar var: “Onlarla fakt var. Bu faktlardan birinin araşdırılması kifayət edir ki, Zakir Qaralov barəsində cinayət işi başlansın. Mənim və bir neçə nəfərin rəsmi şikayəti var. Sərəncamda olduğumuz halda əmək haqlarımız verilməyib. Söhbət yüzlərlə belə prokuorluq işçisinin maaşlarından gedir. Ortada mənimsəmə cinayəti var. 

Mənim Baş Prokurorluğa qarşı “sərancamda olduğum müddətdə əmək haqqınmın ödənilməsi və qanunla nəzərdə tutulan kompensasiyaların ödənilməsi haqqında” iddia tələbimə dair inzibati iş üzrə Baş Prokurorluğun mənim adıma tərtib etdiyi əmək haqqı cədvəlində qeyd etdiyi, sərancamda olduğum 01.06.2000-ci ildən 14.02.2001-ci illədək müddətdə mənə guya 2000-ci ilin sentyabr ayında 225000,000 manat, noyabr ayında 225000.000 manat və dekabr aylarında 450000.000 manat, cəmi 90.000.000 manat məbləğində verilməsi göstərilsə də, lakin həmin pulların mənə ödənilməməsi, onların Baş Prokurorluqda mənimsənilməsi və bununla da, Baş Prokurorluqda vəzifəli şəxslərin hərəkətlərində dövlət əmlakının xeyli miqdarda mənimsənilməsi kimi Azərbaycan Respublikası CM-nin 179.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əlamətlərin aşkara çıxarıldığı əsaslara görə, Azərbaycan Respublikası İPM-nin 1.2-ci və Mülki Prosessual Məcəlləsinin 265.4-cü maddələrinin tələblərinə uyğun olaraq, CM-nin 179.2.4-cü maddəsi ilə müvafiq cinayət işinin başlanmasından ötrü, xüsusi qərardad qəbul edilməsini xahiş edirəm”.

pia.az


Etiket: Zakir Qaralov

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

 Sabiq deputat Hadı Rəcəblinin ölüm səbəbi bilindi  - Yenilənib

Vəfat edən Hadı Rəcəblinin oğlu: “Hazırda aeroportdayam”

Qazaxa hökm edən oliqarx: Məmməd Alıyev... - Video

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

"Dünəndən paltarlarını hazırlamışdı, qismət olmadı" - Hadı Rəcəblinin qızı

Məhkəmə Akif Çovdarovun əmlakları ilə bağlı qərar verib

Bu klinikalar sertifikasiyadan keçməyən həkimlərlə işləyir? - Siyahı

“Dar gün üçün” ağ, yoxsa sarı qızıl? - Mütəxəssisdən aldandığımız məsələlər barədə açıqlama

Ən çox oxunanalar