Bunu Azərbaycanın Müdafiə naziri, general-polkovnik Zakir Həsənov söyləyib...
"Dağlıq Qarabağ münaqişəsinin həlli üçün aparılan danışıqların rəsmi Yerevan tərəfindən qəsdən uzadılması bölgədəki şəraitə mənfi təsir göstərir".
"Report" xəbər verir ki, bunu Azərbaycanın Müdafiə naziri, general-polkovnik Zakir Həsənov yanvarın 10-da Bolqarıstanın Bakıdakı səfiri Nikolay Yankov ilə görüşdə deyib.
Regiondakı hərbi-siyasi vəziyyətə toxunan nazir Ermənistanın işğalçılıq siyasətinin davam etdiyini vurğulayıb.
pia.az