Çərşənbə axşamı, 30 Noyabr 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Zakir Həsənov Kəlbəcər və Laçında döyüş mövqelərinə baxış keçirib - Foto 

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısı nəticəsində Azərbaycan Ordusunun yüksək dağlıq ərazilərdə xidmət edən hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində aparılan işlər davam etdirilir.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Müdafiə Nazirliyinin rəhbərliyi KəlbəcərLaçın rayonlarında yerləşən bir sıra döyüş mövqelərində olub, burada xidmət edən hərbi qulluqçuların sosial-məişət şəraiti ilə maraqlanıb.

Müdafiə nazirinə məruzə olunub ki, dövlət sərhədində 3400 metrədək hündürlükdə, o cümlədən KəlbəcərLaçın rayonlarının digər sahələrində yerləşən döyüş mövqelərində inşa edilən konteynerlərdən ibarət modul tipli yerləşmə məntəqələrində şəxsi heyətin bütün zəruri ehtiyacları qarşılanıb. Bu məntəqələrdə silah otağı, yeməkxana, mətbəx, ərzaq və əşya anbarları, hamam-sanitar qovşağı, eləcə də istilik sobaları ilə təchiz edilmiş yataqxana mövcuddur. Ərazinin fasiləsiz elektrik enerjisi ilə təmin olunması məqsədilə generatorlar və günəş panelləri quraşdırılıb.

Bildirilib ki, döyüş növbətçiliyinin gecə və gündüz keyfiyyətli təşkili və aparılması üçün bütün lazımi şərait yaradılıb. Mövqelər texniki müşahidə avadanlıqları ilə təchiz olunub.

Komanda-müşahidə məntəqəsindən qarşı tərəfin fəaliyyətini izləyən general-polkovnik Zakir Həsənov döyüş növbətçiliyinin təşkili və aparılması ilə bağlı əlavə göstərişlər verib.

Müdafiə naziri hərbi qulluqçular üçün yaradılan şəraiti və onların mənəvi-psixoloji hazırlığını yüksək qiymətləndirərək məmnunluğunu ifadə edib. Nazir şəxsi heyətin sosial-məişət şəraitinin yaxşılaşdırılması və döyüş qabiliyyətinin daha da artırılması ilə bağlı komandanlıq qarşısında müvafiq tapşırıqlar qoyub.

pia.az 

Fotolar




Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Polis "JEK" rəisinin otağında bıçaqlandı - DİN-dən açıqlama, yenilənib

Prezident bu nazir müavinlərini işdən çıxardı - Yeni təyinat

Rəmişin qızı ilə Gülü arasında qalmaqal böyüyür: "Qüruruma toxunub..." - Video

Dəhliz qərarı verildi, qalır rəmzi "adqoyma mərasimi" - əks halda, Ermənistan üçün "əlvida, Laçın dəhlizi!"

Aslan İsmayılovdan Səttar Möhbalıyevə həcv: “Qazini özünü öldürməyə vadar edən…”

Tanınmış ginekoloq qadına şiddətdən danışdı - Video

Deputatdan dövlət qurumuna ittiham: “300 milyonun necə xərcləndiyi məlim deyil“

Prezident “Rossiya-1” telekanalına müsahibə verib

“Futbolu məhv edən Elxan Məmmədov Prezidentlə poz verir” - Aslan Ismayilov

Ən çox oxunanalar