Şənbə, 04 İyul 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

“Zakir Həsənov da, Nəcməddin Sadıqov da dilimizdə danışa bilmir” - Deputat

Vahid Əhmədov: “Sən Müdafiə nazirisən, belə bir mərasim olan zaman sən dövlət rəhbərliyi qarşısında məsələ qaldırmalıydın”...

“Yüksək dövlət məmurlarının Azərbaycan dilini bilməməsi bizim üçün böyük bəladır. Dünən Zakir Həsənovun brifinqinə qulaq asdım. Ona Şuşadakı “andiçmə” ilə bağlı sual verdilər. Zakir Həsənov da, Qərargah rəisi Nəcməddin Sadıqov da dilimizdə danışa bilmir. İzah edə bilmədilər. Bilirsən, sən Müdafiə nazirisən, belə bir mərasim olan zaman sən dövlət rəhbərliyi qarşısında məsələ qaldırmalıydın. Amma biz susduq”.

Bu sözləri deputat Vahid Əhmədov Milli Məclisin bu gün keçirilən iclasında səsləndirib. Millət vəkili xatırladıb ki, o vaxt Ermənistanın keçmiş rəhbəri Serj Sarkisyan Xocalı aeroportunun açılışında iştirak etmək istəyirdi: “Onda Azərbaycanın Müdafiə nazirinə müraciət etdilər ki, problem yaranmasın. Amma açılış baş tutmadı. Düşünürəm ki, indi də Şuşayla bağlı müəyyən addımlar atmağa ehtiyac var idi. Biz elə bil kimdənsə qorxmalıyıq. Mən demirəm ki, silah atəşi açaq. Bununla belə heç olmasa müəyyən addımlar atmalıydıq”.(ayna.az)

pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627

Etiket: Vahid Əhmədov


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

XİN-nin “qara qutusu” bülbül kimi ötübmü? - “Qara qutu”nun səs yazısı...

"Əli İnsanov dedi ki, bu işlərin başında Ramiz Mehdiyev dayanır" - 15 ilin sirri

Sabiq nazir DTX-nin XİN-də keçirdiyi əməliyyatla bağlı açıqlama verib

XİN ailə şirkətinə necə çevrilib? - Canəhmədovların sirrli gücü...

“AzTV-nin əməkdaşı ölən gecə 16 xəstə vəfat etdi” - “Semaşko”nun həkimləri

“O dünyanı bilmirəm, amma bu dünyada cavab verəcəksiniz” – Eynulla Fətullayev

Prezident tanınmış yazıçıya ev bağışladı - Foto

Bu rayonlarda koronavirusa yoluxma səviyyəsi çox aşağıdır 

"Kimlərsə vətənə xəyanətdə, cəsusluqda ittiham edilirlərsə…" - Aslan İsmayılov

Bu dəfə karantin qaydalarını - Operativ Qərargah pozdu

“Hökumət o qədər başını itirib ki, nə vətəndaşı, nə biznesi anlayacaq durumda deyil”

loading...

Ən çox oxunanalar