Çərşənbə axşamı, 29 Sentyabr 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Zakir Həsənov "TurAz Qartalı" təlimlərində iştirak edən şəxsi heyətlə görüşüb - Video

Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov, nazirliyin rəhbər heyəti və Türkiyə Respublikasının Azərbaycandakı hərbi attaşesi, briqada generalı İsmail Hakkı Köseali “TurAz Qartalı - 2019” birgə taktiki-uçuş təlimlərində iştirak edən Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələri aviasiya vasitələrinin yerləşdiyi aerodroma gəliblər.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, əvvəlcə hər iki dövlətin himnləri səsləndirilib, Heydər Əliyevin və ölkələrimizin müstəqilliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Müdafiə naziri təlimlərdə iştirak edən şəxsi heyəti salamlayaraq çıxışına ümummilli lider Heydər Əliyevin "Bir millət, iki dövlət" və türk xalqının öndəri Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” kəlamları ilə başlayıb.

Ölkələrimizin təhlükəsizliyi baxımından təlimlərin əhəmiyyətini vacib sayan Müdafiə naziri bunun hərbi gücümüzün daha bir nümunəsi olduğunu qeyd edib. O, təlim iştirakçılarına uğurlar arzulayaraq döyüş aviasiyasının uçuşlarının yüksək səviyyədə keçirilməsindən məmnun qaldığını ifadə edib.
Sonra təlimlərin yekununa dair yüksək səviyyəli qonaqlara brifinq təqdim olunub.

Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı heyətinin konsert proqramından sonra təlim iştirakçılarına hədiyyələr təqdim edilib. Sonra qonaqlar və təlim iştirakçıları üçün birgə nahar təşkil edilib.

Qeyd edək ki, Pakistan İslam Respublikası Hərbi Hava Qüvvələrinin nümayəndələri təlimlərdə müşahidəçi qismində iştirak edib.

pia.az

Fotolar





Şərh yazın.


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

"Paşinyan İlham Əliyevə danışıqlar prosesi ilə bağlı istəklərini çatdırdı" - Prezidentin köməkçisi

Müdafiə Nazirliyi cəbhədəki son vəziyyəti açıqlayıb - Video

Füzuli şəhəri ilə bağlı Müdafiə Nazirliyi açıqlama yaydı

Azərbaycan ordusunun məhv etdiyi erməni əsgərləri - Düşmənin canlı itkisi videoda

Nazirlikdən internet istifadəçilərinə xəbərdarlıq

İşğaldan azad edilmiş ərazilərimizdən ilk görüntü - Video

Putin öz xalqını çox təhlükəli və görünməz düşmən barədə xəbərdarlıq etdi

"Bu gün sevindirici məlumatlar yayılacaq" - Qubad İbadoğlu

İran tərəfindən Azərbaycana Qarabağ təbriki gəldi

Öldürülən erməni generalının yerini Azərbaycana Ermənistanın muzdlu döyüşçüləri satıb - Fotolar

loading...

Ən çox oxunanalar