Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Zakir Fərəcovun yeni “nəqliyyat şefi”: Gündüz Əliyev kimdir?

Bir neçə gün əvvəl dövrü mətbuatda “Sumqayıt Nəqliyyat” Məhdud Məsuliyyətli Cəmiyyətin sədri Xannı Rüstəmovun ölkədən qaçdığı barədə məlumat yayılıb...

Həmin xəbərlərdə Xannı Rüstəmovun külli miqdarda pul götürərək güya ölkəni tərk etməsi önə çəkilib. Əslində onun ölkədən qaçması barədə yayılan məlumatlar şayiədən başqa bir şey deyil və Zakir Fərəcovun nəzarətindən heç Yalamaya qədər də gedə bilməz.

Anaxeber.info ölkə mediasında yer alan məlumatlara istinadən bildirir ki, Xannı Rüstəmovun yerinə İcra Hakimiyyətində ərazi idarəetmə və yerli özünüidarətmə orqanları ilə iş şöbəsinin müdiri Gündüz Əliyev təyin edilib. Qeyd edək ki,Gündüz Əliyev bu vəzifəyə gələnə qədər Sumqayıt şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin müdiri işləyib. Zakir Fərəcov Abşeron rayon Mənzil Kommunal Təsərrüfatı Birliyiinin rəisi olan bacısı oğlu Hüseyn Sovet oğlu Həsənovu bu vəzifəyə təyin etdikdən sonra Gündüz Əliyevə İcra Hakimiyyətində iş verilib. Məlumatlara görə Gündüz Əliyevin qayınatası biznesmendir və Zakir Fərəcovla işbirliyi mövcuddur. Əslində G.Əliyevin əsas hədəfi birinci müavin postu olduğu qeyd olunur və bu üzdən də Teymur Səmədov və Fəzail Hüseynova qarşı böyük intriqaların içinə girməkdən çəkinmir. Təbii ki, Teynur Səmədov və Fəzail Hüseynov da hər fürsətdə Gündüz Əliyevə qarşılıq verirlər. Bəs bu gün Zakir Fərəcovun ən yaxınıında yer almağı və Sumqayıtın icra başçısının iki ən güclü müavininə qarşı durmağı Gündüz Əliyev kimdir? Xatırladaq ki, söhbət nəhəng mebel sexinə, çoxsaylı obyektlərə sahib olan iş adamı Gündüz Əliyevdən gedir. Əslində Gündüz Əliyevin karyera tarixçəsi bir film kimidir. Anaxeber.info olaraq sizi o "film”lə tanış olmağa dəvət edirik:

Milyonlar qazandıran mebel sexi? – Bu ki, inandırıcı deyil...

Məlumat üçün qeyd edək ki, Gündüz Əliyevin ləğv edilmiş MTN-ə xərac verməsi 2014-cü ilə təsadüf etsə də, onun maliyyə piramidasında yüksəlişi xeyli əvvələ təsadüf edir. Başqa sözlə desək, Gündüz Əliyev 2014-cü ildə MTN tərəfindən saxlanılanda onun malik olduğu sərvətin miqdarı adi mebel sexi sahibinin malik ola biləcəyi sərvətdən qat-qat çox idi. Əslində milli maraqların müdafiəsinə deyil, şəxsi maraqların təmininə istiqamətlənmiş MTN-nin diqqətini də məhz bu amil çəkmişdi. Elə buna görə də Gündüz Əliyevlə bağlı əməliyyat planı quran MTN onu saxlamaq, sahib olduğu pulların bir hissəsinə əl qoymaqla yanaşı, bu pulların mənbəyini də öyrənməyi hədəfləmişdi.

"Buta” əməliyyatı, yaxud həyatın cəhənnəmə çevrildiyi an...

Gündüz Əliyevin gəlir mənbəyini müəyyənləşdirmək, onun münasibətdə olduğu şxəslərin əhatə dairəsini öyrənmək üçün sahibkarın əlaqə telefonlarını nəzarətə götürən MTN, tezliklə ona 161 min manat məbləğində pul gələcəyini müəyyənləşdirir. Bu informasiyanın ardınca Gndüz Əliyevlə bağlı əməliyyat planı quran MTN, 2014-cü ilin dekabrında "Buta” kafesində mebel sexi sahibinə qarşı əməliyyat reallaşdırır. Axşam saat 20:00 radələrində "Buta” kafesində oturub pul gözləyən Gündüz Əliyevin gözlədiyi şəxs çox keçmir ki, kafeyə daxil olur. Lakin onun gətirdiyi pula toxunmaq Gndüz Əliyevə nəsib olmur. Belə ki, həmin şəxsin ardınca kafeyə daxil olan MTN əməkdaşları hər iki şəxsi saxlayaraq onların pullarına əl qoyur...

"Beloçka” torbasındakı gizlədilən pullar, məşhəri xatırladan istintaq...
Mənbənin məlumatına görə, MTN-nin "Buta” əməliyyatı zamanı Gündüz Əliyevin ələ keçirilən pulları "Beloçka” tumlarının reklamı olan sellofan torbada olub. Hansı ki, Gndüz Əliyev hər zaman pulların məhz bu cür – ilk baxışdan adi görünən və kənardakı şəxslərdə heç bir maraq oyatmayan torbalarda daşınmasını həyata keçirib. Sex sahibi hesab edib ki, bu, təhlükəsizlik baxımından daha doğru və sınanılmış vasitədir. Maraqlı məqamlardan biri də sex sahibi ilə ilk istintaqın MTN-də deyil, "Sultan” kafesində gerçəkləşdirilməsidir. MTN əməkdaşları tərəfindən "Sultan” kafesinə gətirilən Gündüz Əliyev elə oradaca sözügedən qurumun əməkdaşları tərəfindən soğru-suala çəkilib. Pulların mənbəyi, təyinatı və s. kimi məsələlərə bağlı ona ünvanlanan saysız-hesabsız suallar qarşısında özünü itirən Gündüz Əlieyev bu pulları 2002-ci ildə açdığı mebel sexindən əldə etdiyini bildirib.

MTN göz yaşlarına inanmır...

Lakin onun bu arqumenti MTN əməkdaşları tərəfindən təbəssümlə qarşılanıb. Bunca pulun bir tək mebel sexi vasitəsi ilə qazanılmasının mümkünsüzlüyünü bildirən MTN əməkdaşları, ona bu barədə bilgili olduqlarını, onun telefonlarına uzun müddət nəzarət etdiklərini bildirib. Kafedə reallaşan istintaq zamanı MTN əməkdaşları həbs olunmamaq müqabilində Gündüz Əliyev qarşısında kifayət qədər ağır şərtlər qoyublar. Bu şərtlərin sırasında ələ keçirilən 161 min manatdan imtina etmək, MTN-ə aylıq xərac vermək, eləcə də bəzi məsələlərdə informasiya dəstəyi göstərmək yer alıb.

pia.az


Etiket: Zakir Fərəcov


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Ən çox oxunanalar