Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Zakir Fərəcovun rəhbəri olduğu şəhərdən şikayət - Video

Sumqayıtda kanalizasiya suları küçəyə axıdılıb...

Bu barədə videogörüntülər sosial şəbəkədə yayılıb.

Söhbət Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisi, İsmət Qayıbov küçəsi, bina 29a-dan gedir.

Paylaşımda vətəndaş 30 ildir bu problemlərdən əziyyət çəkdiyini qeyd edib:

“Sumqayıt şəhərində yaşayırıq. 30 ilə yaxındır zirzəmiyə yığılan suların qarşısı alınmır. Birinci mərtəbədə yaşayırıq. Ömrümüz rütubətdə, kanalizasiya iyindən boğulmaqla keçir. Nə sirrdirsə, bu boyda məhəllədə bizim binadan başqa heç birinin kanalizasiya xətti partlamır. Zirzəminin qapısı da yoxdur. Dəfələrlə qapı qoymuşuq, onu da sındırırlar.

“Azərsu”ya müraciət etmişik. Gəlib zirzəmiyə dolan suyu boşaldıblar. Amma təəssüf ki, həmin çirkli suyu pəncərənin altına töküblər. İnsanların evdən çıxmasına qadağa qoyulan bir zamanda üfunət iyindən pəncərəni açıb hava ala bilmirik”.

Sumqayıt Şəhər Su-Kanal İdarəsindən bildirilib ki, idarəyə ötən gün ərzində zirzəmiyə kanalizasiya sularının axdığı barədə şikayət daxil olmayıb. Çünki Sumqayıt Şəhər Su-Kanal İdarəsinin qəza xidmətinin əməkdaşları zəruri olan bütün avadanlıqlarla təchiz olunub. Ola bilməz ki, bənzər hadisədə kanalizasiya suyu küçəyə axıdılsın. Əgər vətəndaş bu problemlə qarşılaşıbsa, birbaşa İdarəyə müraciət etsin. Məsələ yerindəcə araşdırılsın”.

pia.az


Etiket: Zakir Fərəcov

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Aygün Kazımova ilə Namiq yenidən məşhur dueti oxudu - Video

Ən çox oxunanalar