Çərşənbə, 26 Fevral 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+10 ° Baku
+6 ° Quba
+6 ° Qusar
+13 ° Gəncə
+13 ° Lənkəran
+12 ° Naxçıvan
+13 ° Salyan
+11 ° Şəki

Zakir Fərəcovun qardaşını Türkiyədə aldadıblar – Ərdoğana müraciət edib

Sumqayıt şəhərinin icra başçısı Zakir Fərəcovun qardaşı, keçmiş deputat Nazim Fərəcovu Türkiyədə aldadaraq külli miqdarda pulunu əlindən alıblar

O başına gələnlərlə bağlı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana da məktub ünvanlayıb. Jurnalist Cavanşir Həsənlinin paylaşdığı xəbərdən bəlli olur ki, icra başçısının qardaşı Nazim Fərəcov 2012-ci ildə Türkiyədə Kuşadasında yerli əmlak şirkətlərindən birinin vasitəçiliyi ilə dəyəri bir neçə milyon lirə olan restoran və mənzil alıb.

Orada əlavə xərc çəkib Mert Mungan adlı şəxsin inşaat şirkətinə təmir və yeni dizayn işləri gördürüb. Restoranın qarşısında NORF RESTAURANT & BAR yazılı iri reklam lövhəsi asdırıb. 10-12 nəfər personal işə götürüb və restoran fəaliyyətə başlayıb.

Amma bir az sonra restoranın əsl sahibi ortaya çıxıb. Məlum olub ki, Nazim Fərəcov əmlak şirkəti tərəfindən aldadılıb, restoranı və mənzili saxta sənədlərlə satıblar.

Nazim Fərəcov Ərdoğana məktubunda yazır ki, əmlak şirkətinin sahibi və qardaşı dolandırıcılıq edərək onun mülkünə əl qoymaq üçün qeyri-qanuni yollara da əl atıb. Keçmiş deputat iddia edir ki, həmin şəxslər vəkillərlə və icra məmurları ilə anlaşaraq onun satın aldığı restoran və evi satışa çıxarıblar.

Nazim Fərəcov Ərdoğanı inandırmağa çalışıb ki, onu aldadanlar FETÖ-çü olublar və bu səbəbdən Avropaya qaçıblar.

Məktubun sonunda Nazim Fərəcov aldığı əmlakların geri qaytarılmasını Ərdoğandan xahiş edib.

Məktub indi üzə çıxsa da, 2017-ci ilin dekabrın 7-də yazılıb. Bu günə qədər isə əmlak mübahisəsi davam edir.

Nazim Fərəcov deputat olmamışdan əvvəl Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinin rəhbəri vəzifəsində çalışıb. Oğlu Ruslan Fərəcov Türkiyədə bizneslə məşğuldur və Norf ticarət markası ilə sərinləşdirici içkilər istehsalı ilə məşğuldur. Bundan başqa sabiq deputatın oğlunun Kuşadasında "Norf" adı altında "Bistro" kafesi, sushi və balıq restoranı var.(yeni sabah)

pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627

Etiket:


Digərxəbərlər

Yardımlıda DTX-nı gözləyirlər: “Bizi Mahir Mirzəyev zülmündən xilas edin”

"Azərbaycanda koronavirus yayılıb" xəbərini yayan həkim həbs olundu

Populyar xəbərlər

Masallıdakı dəhşətli ailə qətliamının təfərrüatları - Yenilənib

Tramp Dərin dövlətə qarşı müharibəyə başlayıb...

Bulvarda intihar edən qızın ölümündə gizli pərdələr açılır

78-ci Dairənin 9 fevral “seçki”si: Ağ örpəyə bürünən Leriki qaranlığa qərq edən kabus

Əli Əsədovun Ərdoğanla salamlaşması Türkiyə mətbuatında gündəm oldu - Video

Konstitusiya Məhkəməsi hansı dairələri ləğv edəcək – Siyahı

“27 gün cəhənnəm həyatı yaşadım, amma ölmədim” – Xocalı qırğınının şahidi danışır…

İlqar Məmmədovun Xocalı haqda paylaşımı qalmaqal yaratdı

Neftçala Mərkəzi Xəstəxanasına yeni baş həkim təyin edildi

Qumarxanaya çevrilmiş xəstəxanada xəstəni öldürüb oğlundan 9000 manat aldılar

Dövlət Agentliyi bu şəxsin şirkətinə məsləhət üçün 120 min manat ödəyəcək

loading...

Ən çox oxunanalar