Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Zakir Fərəcovdan narazı olan sahibkarlar Prezident Administrasiyasına yürüşə hazırlaşır

Sumqayıt şəhəri, 9-cu mikrorayonda “Şərq bazarı” kimi tanınan ərazidə obyektləri sökülən 66 sahibkar bu günlərdə Prezident Administrasiyası binasının önünə yürüşə hazırlaşır

Sahibkarların bu aksiyanı təşkil etməkdə məqsədləri Sumqayıt şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcovun az qala iki ilə yaxındır onları aldatmasına etiraz bildirməkdir.

Məlum olduğu kimi, 2017-ci ilin may ayında “Şərq bazarı”nda 66 sahibkara məxsus ticarət obyektləri söküləndə, Zakir Fərəcov həmin ilin sentyabr ayında elə orada tikiləcək ticarət mərkəzində onların hər birinə yer veriləcəyini vəd edib. Lakin ötən müddətdə ərazidə, belə demək mümkünsə, daş daş üstə qoyulmayıb.

Sahibkarlar bu süründürməçiliklə bağlı dəfələrlə icra başçısına müraciət edib. Zakir Fərəcov hər dəfə onlara problemin tezliklə həll ediləcəyini desə də, heç bir nəticəsi olmayıb.

Sahibkarlar başçının bu cür davranışından bir neçə dəfə Prezident Administrasiyasına, Prezident İlham Əliyevin özünə də yardım üçün müraciət ediblər. Lakin bunun da xeyiri olmayıb. Bu səbəbdən 66 sahibkar daha kütləvi aksiya təşkil edib problemlərinin həlli üçün konkret addım atılmasını tələb etmək niyyətindədirlər. (reyting.az)

pia.az


Etiket: Zakir Fərəcov

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Sabiq baş pediatr intihardan əvvəl məktub yazıbmış - Yenilənib

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Ən çox oxunanalar