Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Zakir Fərəcovdan mətbuata fakt ötürən “memar”ın hekayəsi: Onun mediadakı “dostu” kimdir?

“Sumqayıtda icra başçısı Zakir Fərəcova üzdə dost görünüb, arxada əleyhinə işlər çevirən vəzifəli şəxslər var”

PİA.AZ bildirir ki, bu sözləri rubrika.az-a Sumqayıtdakı mənbəmiz söyləyib. Onun sözlərinə görə, şəhərdəki tikintilərə nəzarət edən xüsusi qrup artıq heç kimlə hesablaşmaq niyyətində deyil, fəaliyyətlərinə maneə kimi gördükləri hər kəsi isə zərərsizləşdirməyə çalışırlar.
Mənbəmiz bildirir ki, hazırda şəhərdə müxtəlif təyinatlı tikinti işlərinin aparılması ən çətin işlərdən sayılır. Çünki Sumqayıtın memarlıq və şəhərsalma siyasətini həyata keçirən qrup “mexanizm”-ni elə qurub ki, pul vermədən daşı daş üstə qoymaq mümkün deyil. Bu sistemdə "kilid adam" kimi rəsmən Sumqayıt Şəhər İcra Hakimiyyətinin Memarlıq və Tikinti Şöbəsinin böyük məsləhətçisi vəzifəsində çalışsa da, şəhərdə bütün tikinti işlərinə nəzarət edən Adil Xudadatovun adı keçir.

Yəni, tikinti həyata keçirmək istəyən şəxs ya Adil Xudadatovu, ya da onun Mürvət adlı "köməkçisi"ni görməlidir. İşlərin isə əsasən həmin Mürvət adlı şəxsin əli ilə həyata keçirildiyi vurğulanır. Belə ki, tikintiyə icazə almaq məqsədi ilə müraciət edən vətəndaşlarla bir qayda olaraq Mürvət görüşür, qiyməti də o müəyyənləşdirir. Ev tikmək istəyənler təyin olunmuş “tass”ın hesabını verməsə, tikintini həyata keçirə bilməz, əgər bunu etsə, Mürvətin fitvası, A.Xudadatovun əmri ilə həmin tikinti sökülür. Təbii ki, bütün bunlar sakinləri kifayət qədər kasıb olan şəhərdə ciddi narzılıqlara səbəb olur.

Məlumatda həmçinin vurğulanır ki, Mürvət adlı bu şəxs Sumqayıt şəhərində qeyri-qanuni tikinti aparmaq istəyən jurnalist “dostlarına” dabro verir. Bunun müqabilində həmən jurnalist Mürvət müəllimin sifarişli yazısını dərc etməlidir. Belə ki, qeyri-qanuni tikinti aparmaq istəyən şəxslərdən alınan “dövlət risumu” Zakir Fərəcovun adı ilə bağlanır və icra başçısı məqsədli şəkildə hədəfə gətirilir. Guya, alınan pulların bir qismi icra başçısına ötürülür.
P.S, Həmin “memar”ın ilginc əhvalatları və mediadakı “dost”u haqda isə araşdırmalarımız davam edir. Növbəti yazılarımızda “memar” məmurla işbirliyinə gedərək ortalığı bulandıran “jurnalist” haqda daha ətraflı məlumat verəcəyik.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar