Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Zakir Fərəcov böyük pulları dostuna həvalə edir... Başçının “Ximekspress 2000” sevdası

Sumqayıtın bütün iri tenderlərini “Ximekspress 2000” şirkət udur...

Sumqayıt şəhər İcra Hakimiyyəti Yanında "Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi" təmir işləri üçün keçirdiyi tenderin qalibini açıqlayıb. Tenderi “Ximekspress 2000” firması qazanıb. Qurum firma ilə alleya və parkların təmiri işlərinin satın alınması 1 milyon 999 min 359 manat məbləğində müqavilə imzalayıb.

Qeyd edək ki, “Ximekspress 2000” firması Sumqayıtın icra başçısı üçün heç də yad qurum deyil və Zakir Fərəcov illərdir imkanı daxilindəki tenderləri məhz bu şirkətə qapdırır. Hər halda bu faktın özündə belə ciddi korrupsiya ehtimalı var. Eyni zamanda parkların təmirinə ayrılan vəsaitin kifayət qədər ciddi olması da ayrıca bir hüquqi araşdırma tələb edir.

Xatırladaq ki, bir neçə il əvvəl Sumqayıt Şəhər İcra Hakimiyyəti avtomobil yollarının asfalt örtüyünün təmiri işlərinin davam etdirilməsi üçün 389 min 711.4 manat dəyərində müqavilə bağlayıb. Yenə də müqavilə “Ximekspress 2000” firması ilə imzalanıb. Sumqayıt Şəhər İcra Hakimiyyəti vaxtaşırı bu firmaya müraciət edir.

Sumqayıtın 70 illiyi ilə bağlı yubiley tədbirlərinin keçirilməsi, şəhərdə abadlıq və təmir işlərinin görülməsi üçün də bu firmaya müraciət edilib. İcra hakimiyyəti ilə firma arasında toplam 3 milyon manat dəyərində müqavilə bağlanıb.

“Ximekspress 2000” firması 25 may 2000-ci ildə dövlət qeydiyyatına alınıb. Reyester məlumatlarında firmanın nizamnamə kapitalının 40 manat olduğu qeyd edilib. Firmanın qanuni təmsilçisi isə Nuriyev İlqar Cəllad oğludur.

“Ximekspress-2000”-də baş direktor vəzifəsi daşıyan İlqar Nuriyev 2009-cu ildə hakim Yeni Azərbaycan Partiyasının (YAP) xəttilə Sumqayıt bələdiyyəsinin üzvü də seçilmişdi.

İlqar Nuriyevin rəhbərlik etdiyi firma bəzi rayonlarda təhsil ocaqlarının təmirini də həyata keçirib. Qusar rayonu Quxuroba kənd orta məktəbi də “Ximekspress 2000” tərəfindən təmir olunmuşdu.

“Ximekspress 2000” haqqında daha bir məlumat bundan ibarətdir ki, firma Maliyyə Bazarlarına Nəzarət Palatası və Vergilər Nazirliyi ilə məhkəmə çəkişməsi yaşayıb. Hər iki məhkəmədə “Ximekspress 2000” qalib gəlib. Bütün bunlar isə təsadüfi deyil. (dia.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ən çox oxunanalar