Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Zahid Oruc: "Siyasi “atəşkəs müqaviləsi” Ermənistanla sərhəddə imzalanacaq"

Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc Musavat.com -a açıqlama verib.

Millət vəkili "müvəqqəti humanitar atəşkəs” razılaşmasını şərh edərkən deyib ki, bu pauza 26 ildir sürən atəşkəs rejimindən deyil: "Müzəffər ordumuzun hərbi qələbələri Ali Baş Komandana bağlı qapılar arasında gedən və silahlı savaşdan daha amansız olan diplomatik müharibəni də ölkəmizin xeyrinə təsbit etməsi üçün əvəzsiz üstünlüklər qazandırır".

Zahid Oruc bildirib ki, müstəqilliyimizin 29-cu ilində “əsir torpaqlar”ımızın işğaldan qurtulması xalqımızın azadlığının və istiqalılın da bütövləşməsinə yol açdı: "Çünki dünya birliyi tərəfindən tanınan sərhədlərimiz daxilində bütün coğrafiyası üzrə öz müqəddaratını təyin edə bilməyən xalq məhz azərbaycanlılar idi".

Z.Oruc deyib: "Ona görə də Azərbaycan Demokratik Respublikasının da yaranmasını nəzərə alsaq, bu sayca 3-cü müstəqillik mərhələsidir ki, millətimizə məxsus olan torpaqların hamısında dövlət bayrağımızın dalğalanması üçün tarixi şans yaranıb. Əgər erməni tərəfi gecə saat 00.00 dan elan olunan, sırf əsir və cəsədlərin dəyişdirilməsi məramına xidmət edən humanitar pauzanı, Qırmızı Xaç Cəmiyyətinin qısa müddətdə həyata keçirəcəyi missiyanı toparlanmaq və itirilmiş ərazilərin qaytarılması üçün fürsət kimi dəyərləndirəcəklərsə, onda rəşadətli Ordumuz “Zəfər Yürüşü”nü davam etdirəcək və atəşin davamlı olaraq kəsilməsi üçün “sülh müqaviləsi” Ermənistanla sərhəddə imzalanacaq!"

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bu il Kann Film Festivalının müsabiqəsində Azərbaycan da yarışacaq

Ən çox oxunanalar