Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Zahid Oruc məmur korrupsiyasından danışdı: “Biz fərqindəyik ki, istər sabiq, istərsə də vəzifə tutan şəxslər ...” - Müsahibə

Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri: “Biz fərqindəyik ki, istər sabiq, istərsə də vəzifə tutan şəxslərlə bağlı informasiya vasitələrinə çıxan məlumatlar xoş deyil”.

“Gözümüzün qabağında mənzərə ondan ibarət idi ki, ələ keçirilən vəsaitləri geri qaytarmamaq üçün hər cür ictimai təzyiq, müxtəlif siyasi qüvvələrdən yardım, media vasitələrinin işə salınması halları baş verirdi”.

Son bir neçə ildə Azərbaycanın iri çaplı məmurlarının ölkədə və ölkə xaricində milyonlarla, hətta milyardlarla ölçüləcək mal varlıqları, biznesləri aşkar olunaraq davamlı olaraq yerli mətbuatda dərc olunur. Bu qəbildən olan ifşaedici yazılara məmurlar bir qayda olaraq susqunluqla cavab verir və həmin malikanə və bizneslərin, bahalı maşınların onlara aid olmamsını təkzib etməyə belə lüzum görmürlər.

Misal üçün Baş nazirin sabiq müavini Əli Həsənovun dövründə məcburi köçkünlərə ayrılan 7,1 milyard manatın 2,1 milyardının mənimsənildiyi iddia edildi. Sabiq spiker Oqtay Əsədovun hektarlarla ərazidə qəsrinin olduğu, Bakıdan-Londona uzanan nəhəng biznes imperiyasının işlədiyi qeyd edildi. Dolanmaqdan şikayətlənən Ziya Məmmədovun isə az qala hər rayonda böyük imarətlərinin olduğu ortaya çıxıb. Bu cür nümunələr onlarla, yüzlərlədir və demək olar ki, bütün yüksək və orta məmur silkini əhatə edir.

Məsələnin bir maraqlı tərəfi də odur ki, prezident səviyyəsində məmur oliqarxiyasına qarşı mübarizə elan olunsa da, məmurlar həmin varidatların onlara aid olmadığını təkzib etməmələri fonunda hüquq-mühafizə orqanları da bu qanunsuz və mənbəyi korrupsiya olan mal varlıqları ilə bağlı araşdırma aparmırlar.

PİA.az cəmiyyətimiz üçün çox aktual olan bu mövzunu Milli Məclisin deputatı, Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Orucla müzakirə edib.

Zahid Oruc: “Cəmiyyəti çaşdırmaq, ictimai fikiri azdırmaq istiqamətində çoxlu cəhdlər edilir. Yəni məmurlar mənimsədikləri milyonlardan kiçik bir məbləği həmin informasiya vasitələrinə sərf etmələri yetir ki, dediyim təbliğata yol açsınlar”.

- Zahid bəy, cəmiyyətimizdə yaranmış bu anormal tendensiya nəyin təzahürüdür? Yəni bu qədər ifşaedici materillar olduğu halda və bunlar təkzib belə edilmədiyi halda niyə qanun dövriyəyə girmir?

- Bunun üçün məmur-burjua ifadəsinin müəyyən qədər açıqlanmasına ehtiyac var. 2005-2006-cı illərdə Azərbaycanda büdcə gəlirlərinin artması, nəzarət mexanizminin o zamanlar sistemli qurulmaması səmərəsiz xərclənmələrə, bir sıra hallarda isə mənimsəmələrə yol açdı. Bu bur sıra ölkələrin taktikasında özünü göstərən hadisələrdir. Başa düşməliyik ki, Azərbaycan müstəqillik qazanandan sonra böyük büdcə vəsaitləri ilə işləməmişdir. İstər qanunvericilik əsaslarının mükəmməl qurulması, istər faktiki fəaliyyət, istərsə də monitorinq və nəzarət proseslərinin qurulması bir qədər zaman tələb edirdi.

Nəzərə alaq ki, hər bir nazirlik ərtafında müxtəlif tikinti fəaliyyətləri həyata keçirilirdi. O cümlədən dövlət satınalmaları reallaşdırılırdı. Bunlar da işin ən yüksək səviyyədə quruculuğunu tələb edirdi. Amma təəssüflər olsun ki, biz bu işləri çox da yüksək səviyyədə qura bilmədik. Əksər hallarda qanun normaları gözlənmədiyindən müxtəlif nazirliklər ərtafında yaxın çevrələrdən ibarət yaradılan təşkilatlar ona yol açdı ki, vəsaitlərin mühüm bir hissəsi təyinatından kənara yönəldi. Bu da korrupsiyanın başlanması üçün əlverişli şəraiti yaratdı.

- Dediyiniz kimi artıq bu baş verənlərdən müəyyən zaman keçib. Sizcə məmur oliqarxıyasına və talanına son vermək, onları qanunlara tabe edə bilmək üçün hansı addımlar atılmalı, hansı üsullar seçilməlidir?

- Hesab edirəm ki, biz artıq qiymətləndirmələrimizdə xeyli dəqiq və rasional ifadələrdən istifadə etməmişik. 2015-ci ildən sonra Azərbaycan Respublikasının Prezidenti qlobal və regional miqyasda ölkəmizin mövqeyini, xüsusilə də iqtisadi müstəqilliyini, transmilli lahiyələrin geri dönməsini təmin edəndən sonra komanda üzvlərinə münasibətdə daha sərt tələbləri ortaya qoydu.

Qeyd etmək istəyirəm ki, ölkənin birinci şəxsi müxtəlif kadrlara etimad göstərəndə və onlar tərəfindən xəyanətlə, acgözlüklə qarşılaşırsa, ilk növbədə dövlətin birinci şəxsi üçün bu mənən ağır bir situasiya olur. Buna görə də prezidentin humanizminin konkret sərhədlər çərçivəsində bitdiyini hər kəs gördü. Biz sərt addımların şahidi olduq.

Zahid Oruc: “Cahangir Hacıyevin həbsinə qədər cəmiyyətdə və mediada deyirdilər ki, korrupsiyaya görə cəzaya məruz qalan insanlar sıradan adamlardır”.

Beynəlxalq Bank sistemində külli miqdarda vəsaitlərin mənimsənilməsi ictimaiyyətə açıqlandı. Düşünürəm ki, Cahangir Hacıyev də cəzalananlar sırasında orta ranqlı şəxs deyildi. Cahangir Hacıyevin həbsinə qədər cəmiyyətdə və mediada deyirdilər ki, korrupsiyaya görə cəzaya məruz qalan insanlar sıradan adamlardır. Bildirilirdi ki, korrupsiya ilə məşğul olan adamlar cəzadan kənarda qalır.

Ölkə rəhbəri də dəfələrlə müşavirələrində qeyd edirdi ki, mənim səbrimin limiti var və xoşagəlməz halların baş verməsi yığışdırılsın. Ölkə prezidentinin 2020-ci ildə dəmir yumruq adlandırdığı doktirina əslində 2015-ci ildən cəmiyyəti incidən və korrupsiya ilə məşğul olan məmurlara özünü göstərirdi. Bu prosses davam edəcək. Düşünürəm ki, biz artıq böyük korrupsiyaya yol verən məmurların həbsinin şahidi olduğumuz kimi, onların mənimsədikləri sərvətiin də geri qaytarılmasına şahid olacağıq.

- Zahid bəy, dövlətdən mənimsənilən vəsaitlərin geri qaytarılmasına toxundunuz. Sizcə bütün mənimsənilən vəsaitin qaytarılması mümkün olacaq?

- Gözümüzün qabağında mənzərə ondan ibarət idi ki, ələ keçirilən vəsaitləri geri qaytarmamaq üçün hər cür ictimai təzyiq, müxtəlif siyasi qüvvələrdən yardım, media vasitələrinin işə salınması halları baş verirdi. Həmçinin cəmiyyəti çaşdırmaq, ictimai fikiri azdırmaq istiqamətində çoxlu cəhdlər edilirdi. Yəni məmurlar mənimsədikləri milyonlardan kiçik bir məbləği həmin informasiya vasitələrinə sərf etmələri yetirdi ki, dediyim təbliğata yol açsınlar.

Amma dövlət dünən cəzalandırılmamaqda günahlandırılırdısa, müəyyən dövr sonra əksinə atdığı addımlara görə qınanılırdı. Buna görə də korrupsiyaya qarşı mübarizə ümumxalq birliyin işidir. Terrorun milliyəti olmadığı kimi korrupsionerin də siyasi mənsubiyyətinə görə fərqlənməyə haqqı yoxdur. Yəni korrupsiyaya qarşı mübarizədə siyasi qüvvələrin, partiyaların, təşkilatların dövlət hüquq mühafizə orqanları ilə mövqeyi eyni olmalıdır. Hər hansı bir siyasi qüvvə korrupsiya mexanizmində yer alırsa, şübhəsiz ki, mübarizə çətinləşir və ictimai nəzarət mexanizmi də qeydi effektiv olur.

Zahid Oruc: “Korrupsiyaya qarşı mübarizədə siyasi qüvvələrin, partiyaların, təşkilatların dövlət hüquq mühafizə orqanları ilə mövqeyi eyni olmalıdır”.

Düşünürəm ki, 2015-ci ildən sonra həm Milli Təhlükəsizlik Orqanlarında, həm də iqtisadi sektorda həmin cinayətlərin durdurulması 2019-cu ildə özünün zirvəsinə çatdı. Qeyd etdiyim dövrdə həyata keçirilən tədbirləri Sosial Tədqiqatlar Mərkəzi olaraq prezident tərəfindən yeni hakimiyyət quruculuğu qiymətləndirdik və buna da haqqımız var. Çünki bütün hakimiyyət qollarında aparılan miqyaslı dəyişikliklər bu xarakteri daşıyırdı.

Bu dəyişikliklər həmdə müharibədə bizim qələbəmizdə önəmli rol oynadı. Düşünürəm ki, islahat dövləti vahid iradədə təqdim etməyə imkanlar açdı. Yeni komanda üzvləri hökumətdə təmsilçisi haqqı qazandılar və s. Bununla bərabər korrupsiyaya qarşı tədbirlər davam etməlidir.

- Sizcə məmur özbaşınalığı və korrupsiya halları açıqlanandan sonra niyə hüquq mühafizə orqanları işlə maraqlanmırlar?

- Mən sizin bu fikrinizlə razı deyiləm. Hansısa məmurun korrupsiya əməli cəmiyyətə çıxdığı zaman hüquq mühafizə orqanları tədbirlər görür. Çünki 7 icra hakimiyyəti başçısının həbsi, o cümlədən mədəniyyət sektorunda və Xarici İşlər Nazirliyində yüksək vəzifəli şəxslərə qarşı həyata keçirilən tədbirlər sübüt edir ki, dövlət məsələni ən yüksək səviyyədə diqqətdə saxlayır.

Zahid Oruc: “Şöbə müdirləri, idarə rəisləri kimi ranqlarda olan adamlar hər hansı vəsaiti mənimsəyən nazirə görə suçlu elan edilməməlidir”.

Amma maraqlı məqam ondan ibarətdir ki, bu zaman inzibati vəzifə tutan on minlərlə insanı korrupsiyada ittiham edən dairələr də ortaya çıxdı. Bu yolverilməzdir. Həm də ötən dövr ərzində görülən bütün işlərin üstündən xətt çəkmək də yolverilməzdir. Şöbə müdirləri, idarə rəisləri kimi ranqlarda olan adamlar hər hansı vəsaiti mənimsəyən nazirə görə suçlu elan edilməməlidir.

Biz fərqindəyik ki, istər sabiq, istərsə də vəzifə tutan şəxslərlə bağlı informasiya vasitələrinə çıxan məlumatlar xoş deyil. Onların cinayətinin olub-olmasından asılı olmayaraq bu ictimai mövqeyi zədələyir. Ələxsus da qələbədən sonra Qarabağa qayıdış dövründə belə xəbərlər ictimaiyyətə bu və ya digər formada təsir edir.

Buna görə də düşünmürəm ki, bu məsələdə konktetləşmə aparılmalıdır. Yəni hər hansı məmur qanunu pozursa, hüquq mühafizə orqanları və media gedib orada araşdırma aparmlıdır. Sonra da həmin struktur tərəfindən ictimaiyyətə məlumat verilməlidir. Bu ictimai məlumatlandırmanın ən vacib hissədir. Düşünürəm ki, qarşıdakı dövrdə bu daha güclü şəkildə həyata keçiriləcək.

Nərminə UMUDLU
pia.az


Etiket: Korrupsiya


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar