Çərşənbə axşamı, 07 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Zahid Oruc bu qurumları tənqid etdi

Milliət vəkili, Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri Zahid Oruc dövlət qurumlarını, hüquq-mühafizə orqanlarını Azərbaycana qarşı aparılan informasiya təbliğatına qarşı çevik fəaliyyət göstərməyə çağırıb

PİA.AZ Modern.az-a istinadən xəbər verir ki, Milli Məclisin növbədənkənar sessiyasının bugünkü iclasında çıxış edən Mərkəz rəhbəri deyib ki, son 3 ayda dövlət qurumlarının monitorinqi müəyyən qənaətlərə gəlməyə əsas verir.

O, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, "Salaam Cinema Baku" kinoteatrının yerləşdiyi bina, Gəncə hadisələri zamanı həbsxana vəfat edən Aydın Qurbanovun ölümü ətrafında baş verənlərə toxunub.

Z.Oruc bildirib ki, dövlət qurumları informasiya siyasətini düzgün qurmalıdırlar:

“İçərişəhərdəki qala divarları ilə bağlı hakimiyyəti vurmağa çalışdılar. Mehriban Əliyeva hadisə yerinə gəldi və medianın qarşısına çıxdı. Bu, əsən-coşan emosiyalara da aydınlıq gətirildi”.

Z.Oruc qeyd edib ki, Gəncə hadisələrinə görə tutulan məhbus Aydın Qurbanov öldükdən 3 gün sonra Baş Prokurorluq, Penitensiar xidmət açıqlama verdi:

"Belə gecikmə olmamalı idi, bu, düzgün yanaşma deyil. 3 gün ərzində həmin adamın cəsədini başları üzərinə qaldırıb, ondan hakimiyyət əleyhinə siyasət aparanları prokrorluq orqanları və ədliyyə sistemi görməli idi. Məqsəd gəncəliləri dövlətdən küsdürmək idi. Belə təbliğat aparıldı ki, guya, gəncəlilərə qarşı hansısa fəaliyyət var. Dövlət qurumlarının, prokurorluğun, Ali Məhkəmənin, istintaq orqanlarının yaxşı binaları var. Bu adamlar niyə açıqlama vermirdilər?

Gəncədə polis zabitini qətlə yetirən şəxs Şəmkirdə qarğıdalı sahəsində polisləri qətlə yetirməyə hazırlaşarkən öldürülmüşdü. Düz də edilmişdi. Dövlət rəhbərliyi tapşırıq vermədən lazımi məsul şəxslər vəzifələrini yerinə yetirməli, cəmiyyəti məlumatlandırmalıdırlar. Azərbaycan əleyhinə informasiya terroru aparanlara zamanında cavab verilməlidir”.

Spiker Oqtay Əsədov Z.Oruca irad tutub. O.Əsədov deyib ki, gündəlik ətrafında çıxış etmək lazımdır: “Dediyin sözlərdə həqiqət var. Çalış, gələn dəfə tez-tez danış, darıxırıq sən danışmayanda. Amma gündəlik ətrafında danış!”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ədalət Şükürov həyat yoldaşı ilə birgə - Foto

DYP-nin “yol tənzimləmələri” və sürücülərin müsibətləri...

Almaniya Rusiyadakı səfirini geri çağırdığını təsdiqləyib - Yenilənib

Bakıda həkim qadının bıçaqlanması ilə bağlı bəzi təfərrüat

Qəzada ölən qadın yenicə direktor vəzifəsindən azad edilibmiş

Əhməd Cavadın nəticəsi: “Stalinin kim olduğunu soruşanda nənəm dedi ki, onun adını çəkmə!”

ABŞ səfiri: Mən bu gün Şuşada olmaqdan xoşbəxtəm - Video

“Gömrükçü” külli miqdarda pulu mənimsədi: Həbs edildi

Yeni Rusiya imperiyasının qaçılmaz süqutu - İmperiyanın məhvinə rəhbərlik edən isə Putindir...

Dünyada İT-yə xərclənən vəsait 5 trilyon dolları keçəcək

Ən çox oxunanalar