Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yüzlərlə qadınla xəyanət edən ərini sona qədər müdafiə edən qadın – Nina Beriya

O, Kreml xanımları arasında gözəlliyi, cazibədarlığı, intellekti və ən başlıcası, həyat yoldaşına sonsuz sədaqəti ilə fərqlənib

Nina Beriya (Qeqeçkori) digər Kreml məmurlarının, Molotovun, Kalininin, Budyonunun, Poskrebışevn həyat yoldaşları kimi Stalinin qəzəbəinə tuş gələrək sürgünə göndərilməyib. Ətrafdakı insanlar onun əsl kübarlara xas geyiminə, nitqinə, davranışına həsəd aparıb. Çoxları isə bu gözəl xanımın cəllad xislətli Lavrenti Beriyanın həyat yoldaşı olduğuna təəssüflənib.

Nina ailə həyatı quranda 16 yaşı olub. Beriya ilə tanışlıqları haqqında bu günə qədər də müxtəlif fikirlər söylənilir. Uzun illər Mərkəzi Komitənin mətbuat mərkəzində çalışmış Nikolay Zenkoviçin araşdırmalarına görə, Nina 16 yaşında olarkən Merxeuli kəndindən (Gürcüstan) Suxumiyə gələrək Beriya ilə görüşüb. Görüşün əsas məqsədi Beriyadan qardaşının həbsdən azad edilməsini xahiş etmək olub. Məhz həmin anda Beriya qatarla Suxumidən Tbilisiyə yola düşəcəkmiş. Beriya Ninanı diqqətlə dinləyib, sonra onu vaqondakı kupesinə dəvət edib. 22 yaşlı Beriya Ninaya kömək edəcəyini söz verib, dəftərçəsində qeydlər aparıb. Amma görüş bununla bitməyib. Beriya Ninaya intim əlaqə təklif edib, Nina razılaşmayanda Beriya onu zorlayıb. Özüylə Tbilisiyə apardıqdan sonra Beriya Ninanı 3 gün şəhər ətrafında bir evdə saxlayıb. Nəhayət, tərəflər razılığa gələrək ailə qurmaq qərarını veriblər. Nina atasının vaxtsız ölümündən sonra anası ilə birgə dayısının evində yaşayıb və bəlkə də onun üçün çox da xoş olmayan həmin mühitdən ayrılmaq üçün Nina bu təkliflə tez razılaşıb. 1924-cü ildə onların bir övladı dünyaya gəlib - Serqo Beriya.



Nina Beriya ibtidai təhsil aldıqdan sonra Kutaisidə gimnaziyanı bitirib. Beriyanın Gürcüstana rəhbərliyi dövründə o heç yerdə işləməyib. Stalin Beriyanı Moskvaya apardıqdan sonra Nina Beriya Timiryazev adına akademiyada elmi işçi kimi fəaliyyətə başlayıb.

Nina Beriya Kreml xanımları ilə yaxınlıq etməyə cəhd göstərməyib və tez-tez Stalin tərəfindən təşkil olunan məclislərdən uzaq olmağa çalışıb.

Ailənin xidməti personalının, mühafizəçilərin, sürücülərin, həyat yoldaşının köməkçilərinin vasitəsi ilə Nina Beriyanın “qaranlıq” işlərindən xəbərdar olub. Ancaq o, heç vaxt qalmaqal, səs-küy yaratmayıb, şəxsi məsələlərin Kremldə müzakirəyə çıxarılmasına imkan verməyib.

Sözsüz ki, bu cür həyat Ninanı sıxsa da o, ailə şərəfi naminə hər şeyə göz yumub. Hətta yaxın tanışları ona Beriyanın qadın sərgüzəştləri ilə bağlı danışanda, Nina həmin qadınların Beriyanın agentləri olduğunu söyləyib.

Beriya ailəsinin təminatı digər məmurlardan fərqli dərəcədə üstün olub. Kremlin yüksəkçinliləri yalnız dövlət təminatından ayrılan mal və məhsullardan istifadə etdikləri halda, Beriya üçün hər həftə Gürcüstandan xüsusi pay gəlib. Bununla yanaşı, Beriya öz xətti ilə xarici ölkələrdən ərzaq, geyim, ev əşyaları ilə də təmin olunub. Ba haqda Stalin də məlumatlı olub və görüşlərin birində o, kinayəli şəkildə Beriyaya fikrini bildirib:

- Lavrenti Pavloviç, yəqin ki, xaricdən gətirdiyiniz mallarla siz sovet rejiminə qarşı olan ölkələrin istehsal sirrlərini öyrənmək istəyirsiniz...

Nina Beriya zəngin həyat tərzini həmişə gizlətməyə çalışıb. Müharibədən sonrakı ağır illərdə bu cür həyat tərzinin qıcığa səbəb olacağını düşünüb.

Ninanın Lavrenti Beriya ilə yaşadığı həyat nə qədər sıxıntılı olubsa, Beriyanın həbsindən və güllələnməsindən sonrakı həyatı elə o qədər də faciəli olub.

Uzun müddət istintaqlara, məhkəmələrə cəlb olunan Nina ərinin ölümündən sonra da onu müdafiə edib. Beriya ilə bağlı suallara o həmişə eyni cavabı verib:
“Lavrenti bütün günü ciddi işlə məşğul olub. O, hətta gecə yarıdan keçmiş evə gələndə də sənədlər üzərində işləyirdi. Onun haqqında qadınlarla bağlı söylənilən fikirlər iftiradan başqa bir şey deyil. Həmin qadınlar onun agentləri olub. Mənim həyat yoldaşım ailəsinə bağlı adam idi. O, boş vaxtlarını mənimlə və oğlumla keçirməyə çalışırdı. Heç kim Lavrentini əxlaqsızlıqda günahlandıra bilməz. Mən bunu onun həyat yoldaşı kimi deyirəm...”

Söszüz ki, Xruşovun yenicə hakimiyyətdə möhkəmləndiyi bir vaxtda heç bir ifadə, heç bir izahat Nina Beriyanı xilas edə bilməyib. Nina Beriya “Lubyanka” təcridxanasında, oğlu Serqo isə “Lefertovo” türməsində saxlanılıb. Ninadan Beriyanın əleyhinə ifadə almaq üçün bütün vasitələrə əl atıblar. Hətta bir dəfə oğlunu gətirib güllələnmə kamerasına bağlayıblar və Ninanın gözü önündə güllələnmə posesinə hazırlıq görüblər. Ancaq Ninadan istədiklərini ala bilməyiblər.

Sonradan ana və oğul Sverdlovska sürgün olunublar. Cəza müddəti bitdikdən sonra onlar Gürcüstana dönüblər. Burada da onları sakit buraxmayıblar. Beriyanın düşmənlərinin əziyyətini çəkən ailə Rusiyaya üz tutub. Moskvada da sakit yaşamaq mümkün olmayıb. Dövrün tanınmış elm adamlarının Kremlə müraciətindən sonra Nina Beriyanın və Serqonun Kiyevə köçməsinə icazə verilib.

Nina Beriya ömrünün sonuna qədər Kiyevdə yaşayıb, 1990-cı ildə 85 yaşında vəfat edib.(musavat.com)

pia.az


Etiket: Nina Beriya

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"2300 manat maaşım idi, hər ay isə 15 min manat paket alırdım" - Sabiq maliyyə naziri

İcra başçısının müavinləri vəzifədən getdilər - Foto

Şəfiqə Məmmədovanın dirənişi, Rasim Balayev kabinetini təhvil ala bilmir

Doğma qızına 18+ videolar göstərirmiş... - Azərbaycanda dəhşətli cinayət

Şöbə rəisi dövlətin ayırdığı pulları öz yaxın adamlarının adına olan şirkətlərə köçürüb: Cinayət işi

Yerli icra hakimiyyətlərinə yeni səlahiyyət verilib

Zatulin: "Bizim sülhməramlıların orada nə işi var?”

İllər sonra danışan qohumu Nəzakət Məmmədovanın və nəvəsinin ölüm səbəblərini açıqladı    

“TikTok”da məşhurlaşan Adəmin atası həbs olundu

100 manata sosial yardım düzəldənlər ifşa edildilər: Polis hərəkətə keçdi - Video

Ana və iki azyaşlı övladını qətlə yetirən keçmiş məktəb direktoru barədə son qərar verildi    

Payızda istilik qiymətləri bahalaşacaq? - Rəsmi açıqlama

Ən çox oxunanalar