Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yüzlərlə delfin "intihar" etdi

200-dən çox delfin özünü Kabo-Verdedəki Boa-Vişta adası sahillərinə atıb...

Yerli sakinlər və turistlər delfinlərin üzərinə su tökərək və geriyə - okeana dartaraq onları xilas etməyə cəhd göstəriblər. Lakin onların əksəriyyəti yenidən sahilə atılıb.

PİA.az AZƏRTAC-a istinadən bildirir ki, ümumilikdə 136 delfin məhv olub.

Adanın hakimiyyət orqanları İspaniyadan ekspertlərin gəlişini gözləyirlər. Onlar delfinlərin bu davranışını müəyyənləşdirməyə cəhd edəcəklər.

Alimlərin delfin və balinalar arasında intihar hallarına dair fikirləri müxtəlif cürdür. Bəzi versiyalara görə, özlərini sahilə atanlar xəstə heyvanlardır, onların nəslindən olanlar isə həmin heyvanlara kömək məqsədilə dallarınca atılırlar. Digər versiyaya görə, bu, delfinlərin mühit üzərində akustik nəzarəti itirmələri ilə bağlıdır. Bioloqlar, həmçinin delfinlərin digər delfin dəstəsinin hücumundan yaxa qurtarmaları üçün bu addımı atdıqlarını da təxmin edirlər.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Şoyqu həbs edilən müavinini vəzifəsindən uzaqlaşdırıb

Ən çox oxunanalar