Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yusif Ələsgərov Əhmədzadəni necə “bitirir”: Siyasi xəyanət ittihamının mənbəyi

“Azərişıq” ASC sədrinin postu hələ də boşdur

Azərişıq” ASC sədrinin postu hələ də boşdur. Bu quruma de-fakto Baba Rzayev özü nəzarət edir. Amma kimin rəhbər gətiriləcəyi indiyə qədər dəqiqləşməyib.

AzToday.az-a daxil olan məlumata görə, vaxtaşırı B.Rzayev “Azərişıq” ASC-yə baş çəkir. Hazırda “Azərenerji” ASC prezidenti olmasına baxmayaraq, köhnə iş yerini unutmur. Onun niyyəti hər iki strukturun birləşərək vahid bir mərkəzə çevrilməsidir. Hökumətdə arabir belə müzakirələr gedir.

B.Rzayevin təklifini dəstəkləyənlər də var. Gözlənilir ki, “Azərişıq” ASC “Azərenerji” ASC-nin tərkibində fəaliyyət göstərsin. Halbuki hələlik daha böyük səlahiyyətləri olan istehlakçı qurum satış işinin təşkili ilə məşğul olan strukturun tabeliyindədir. Ancaq struktur islahatı ilə yanaşı bunun əksini təklif edənlər də var. Onlar hesab edirlər ki, hər iki qurum ayrılıqda fəaliyyət göstərməklə şəffaflıq təmin edilə bilər. B.Rzayevin arzusu vahid struktura nəzarət etmək olsa da, “Azərişıq” ASC sədri postuna göz dikənlər və gözləmə mövqeyində olan məmurlar var.

Baş verənlərlə bağlı AzToday.az-a daxil olan məlumatlarda xüsusi maraq doğuran məqamlardan biri də Meliorasiya və Su Təsərrüfatı QSC-nin rəhbəri Əhməd Əhmədzadənin “Azərişıq”a rəhbər vəzifəsinə namizəd irəli sürməsidir. Mənbənin iddiasına görə Əhmədzadə bu posta Abşeron Suvarma Sistemləri İdarəsinin rəisi Yusif Ələsgərovun namizədliyini irəli sürüb. Onu da bildirək ki, Ələsgərov xeyli əvvəl Bakıelektrik İdarəsinin müdiri olub. Amma burada ulduzu uzun müddət parlamayıb. Ona görə ki, dövlət tədbirlərindən birində sabiq prezident Heydər Əliyev çıxış edərkən işıqlar sönüb. Durumun ağırlığından və üzləşəcəyi tənqidlərdən dolayı Yusif Ələsgərovun şəkəri qalxır və komaya düşür. Hətta onu zaldan xərəkdə xəstəxanaya aparırlar. Sonradan yüksək mənsəb sahibi olan yaxınlarının vasitəsi ilə, Y.Ələsgərov reablitasiya olunub və vəzifə alıb.
Son təkliflə bağlı mənbənin AzToday.az-a verdiyi məlumata görə, Y.Ələsgərov “Azərişıq”a getməyə həvəsli deyil. Hətta o səhhətini bəhanə edərək belə bir postda ola bilməyəcəyini bildirib. Amma gerçək səbəb bu deyil. Əslində Yusif Ələsgərov uzun illərdir məhz Meliorasiya və Su Təsərrüfatı QSC-nin rəhbəri postuna göz dikib. Maraqlı məqamlardan biri də odur ki, Abşeron Suvarma Sistemləri İdarəsinin müdiri, həm də Əhməd Əhmədzadəni ram edərək, onu “ovucu”nun içində saxlamağı bacarır. Məlumatlara görə, Ələsgərov QSC rəhbərini daima təzyiq altında saxlamaq üçün hal hazırda da mətbuata bəzi məlumatlar sızdırır. Ki, Əhmədzadə ondan daima asılı vəziyyətdə qalsın. Son vaxtlar Əhmədzadə və onun oğlunun biznesi ilə bağlı mətbuatda mütəmadi məlumatların yer alması ən stajlı məmurun vəzifədən getmə ehtimalını artırır. Bu səbəbdən də, Abşeron Suvarma Sistemləri İdarəsinin rəisi çoxdankı arzusuna çatma ümidlərini artırıb.

Məsələ ilə bağlı əldə etdiyimiz digər bir məlumatda isə birmənalı şəkildə bildirilir ki, “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin rəhbəri Əhməd Əhmədzadə bu il baş tutacaq kadr islahatları çərçivəsində istefaya göndəriləcək. Amma Əhmədzadə haqda verilən siyasi qərar onun səhhəti və ya ölkənin melorasiya sistemində baş verən korrupsiya ilə bağlı deyil. Bu barədə AzToday.az-a məlumat verən mənbənin sözlərinə görə, Əhməd Əhmədzadənin öz postuna əlvida deməsinə əsas səbəb onun hakimiyyət daxilindəki siyasi xəyanətidir. Belə ki, adıçəkilən məmurun müxalifətlə ciddi işbirliyi ortaya çıxıb.

Bu haqda bizi məlumatlandıran mənbənin sözlərinə görə Əhmədzadə ölkənin nüfuzlu müxalif partiyalarından birinə maliyyə yardımı göstərməsi haqda məlumat məhz Y.Ələsgərov tərəfindən lazımi ünvanlara çatdırılıb: “AXC hakimiyyəti dönəmində Əhmədzadəyə toxunulmayıb və indi bunun əvəzi qaytarılır. Uzun illərdir ki, bu əlaqələr mövcuddur. Əhmədzadə sözügedən maliyyə yardımını şəxs adına, onunla həmyerli olması bəhanəsi ilə etsə də bu dəstəyin siyasi anlamı çox sərtdir”. Mənbəmiz konkret adlar və ünvanlar çəksə də biz müxalif düşərgədə yeni siyasi qalmaqal yaratmamaq üçün bu adları çəkmirik. Amma hakimiyyətin yuxarı eşalonuna artıq bu əlaqalər bəllidi və Əhmədzadə haqda konkret siyasi qərar verilib.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ən çox oxunanalar