Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yupiterə yeni missiya göndəriləcək

"Arianespace" şirkəti və Avropa Kosmik Agentliyi (ESA) Yupiterin və onun iri peyklərinin tədqiqi üçün yeni missiya göndərəcək

PİA.AZ ICTnews-a istinadən bildirir ki, qaz qatlarının çox olduğu Yupiterdə təxminən 3 il keçirəcək "JUICE" (Jupiter Icy Moons Explorer) aparatı planetin üç iri və potensial okean peykinin - Qanimed, Avropa və Kallistonun ətraflı tədqiqini həyata keçirəcək. 2022-ci ilin ortalarında buraxılacaq "JUICE" aparatının uçuş zamanı çəkisi təqribən 6 ton təşkil edəcək. O, Yupiter istiqamətində yerətrafı orbitə çıxarılaraq 600 milyon km qət edəcək. Yer, Venera və Marsdan qravitasiya köməyinin daxil olacağı 7,5 illik səyahətdən sonra kosmik gəmi 2029-cu ilin oktyabrında Yupiter ətrafında orbitə buraxılacaq. Sonra missiya planetdə bir neçə dövrə uçuş vuracaq və Günəş sisteminin ən böyük peyki olan Qanimed ətrafında orbitə çıxacaq.

Missiya rəhbərlərinin sözlərinə görə, "JUICE" Yupiterə indiyədək Günəş sisteminin kənarına göndərilməyən ən güclü tədqiqat yükünü çatdıracaq. O, 10 cihaz və yerüstü radioteleskoplara malik kosmik telekommunikasiya sisteminin istifadə edildiyi 1 elmi eksperimentdən ibarət olacaq. "JUICE" aparatının alətləri alimlərə Yupiterin hər buz peykini müqayisə etməyə və buzaltı okeanların mövcudluğunun potensialını öyrənməyə imkan verəcək. Aparat həmçinin Yupiteri, onun atmosfer və maqnitosferini, digər peyk və halqaları müşahidə edəcək.

Xatırladaq ki, Avropa Kosmik Agentliyi 1975-ci ildə kosmosun tədqiqi məqsədilə yaradılan beynəlxalq təşkilatdır. Təşkilata 22 daimi üzv daxildir, həmçinin bəzi layihələrdə Kanada iştirak edir.

pia.az


Etiket: Yupiter

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Ən çox oxunanalar