Şənbə, 24 Oktyabr 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Yunis Hüseynov: "1 xal qazanmadıq, 2 xal itirdik"

"İlk növbədə, cəbhədə döyüşən əsgərlərimizə uğurlar arzulayırıq. Həmişə onların yanındayıq. Gəncədə düşmən tərəfindən atılmış mərmi nəticəsində həlak olan insanlara Allahdan rəhmət, yaralılara şəfa diləyirəm".

"Report"un məlumatına görə, bunu "Keşlə"nin baş məşqçisi Yunis Hüseynov səfərdə "Səbail"lə 1:1 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının VI tur matçından sonra mətbuat konfransında deyib.

55 yaşlı mütəxəssis qələbə əzmi ilə çıxdıqları qarşılaşmadan 3 xalla ayrıla bilməmələrindən təəssüfünü ifadə edib. Bununla belə, Hüseynov komandasının pis təsir bağışlamadığını vurğulayıb. Onun fikrincə, "Səbail" uduzduğu əvvəlki oyunlarda yaxşı oyun sərgiləyib.

Təcrübəli baş məşqçi fərqlənmək üçün imkanlarının həddindən artıq olduğunu iddia edib: "Bu gün ilk 5 turda yaratmadığımız qədər imkanlarımız oldu. Lakin qol şanslarımızdan yararlana bilmədik. Futbolun qanunudur: Sən istifadə edə bilmirsənsə, rəqib bacarar. Belə də oldu. "Səbail" qapımız qarşısında bir-iki təhlükəli epizod yaratdı və birindən istifadə etdi. Deməzdim ki, 1 xal qazandıq. Bu gün 2 xal itirdik. Qarşıda "Neftçi" ilə ağır oyunumuz var. 3 xalı bu matçda qazanmağa çalışacağıq".

Hüseynov fərqlənə bilməmələrinə "Səbail"in qapıçısı Nikolas Hagenin bir neçə epizodda mane olduğunu da vurğulayıb: "Futbolda qol vura bilməyəndə bəxt amilini də qabardırlar. Bu gün bizdə çoxlu imkan olsa da, rəqib qapıçı özünü yaxşı tərəfdən göstərdi. Həm də bəxt bizdən üz döndərdi".

pia.az


Etiket:


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

“Köçəryanın Moskvaya çağırılması Rusiyanın Paşinyana təzyiq elementlərindən biridir”

“İlk dəfədir Rusiya prezidentinin dilindən bu cür ifadə eşidirik” - Putinin Qarabağ açıqlamasına şərh

İşğaldan azad edilmiş şəhər və kəndlərimiz

Xankəndində ermənilər Azərbaycan Prezidentinin çıxışını belə izləyir

Şuşadan görüntülər yayıldı: Ermənilər şəhəri tərk edib - Video

“Müharibəyə bu şərtlə son qoyula bilər” - Ceyhun Bayramovun “The Washington Times”da məqaləsi

Vilayət Eyvazov generalı vəzifəsindən azad etdi

Pompeonun “barıt qoxusu” gələn sülh çağırışı

Tonoyan Laçının müdafiəsinə şəxsən rəhbərlik etmək üçün Qarabağa gəlib

Ordumuza əsir düşən mayor erməni xalqına: “Uşaqlarınızı döyüşməyə buraxmayın” - Video

loading...

Ən çox oxunanalar