Çərşənbə, 05 Avqust 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Yunanıstanı idarə edəcəkdi, Surqutda meşə idarəsində işlədi

Çörçillə anlaşan Stalin Zaxariadisin qələmini qırıb...

“Əsəbi Nikos” – 1931-ci ildən 1956-cı ilə qədər Yunanstan Kommunist Partiyasının baş katibi olan Nikos Zaxariadis bu adla daha çox məşhur olub. Əslində o, əsəbi adam olmayıb, bir az çılğınlığına və bir də alovlu nitqlərinə görə onu belə adlandırıblar.

1903-cü ildə Türkiyənin Ədirnə şəhərində tütünçü ailəsində anadan olan Nikos Zaxariadis Moskvada Stalin adına Şərq zəhmətkeşlərinin kommunist universitetində ali təhsil alıb. Gənc yaşlarından siyasi proseslərdə fəallıq göstərən Nikos Zaxariadis 1931-ci ildə Yunanstan Kommunist Partiyasına baş katib seçilib. 1936-1945-ci illərdə siyasi fəaliyyətinə görə bir neçə dəfə həbs olunub.

Nikos Zaxariadis Yunanstanda Kommunist Partiyasının hakimiyyətə gəlməsi üçün bütün tədbirlərə əl atıb. O, 1946-cı ildə Yunanstan Azadlıq Ordusunu yaradıb. Ən böyük dəstəyi SSRİ-dən gözləsə də, yunan kommunistlərinnin lideri bu güvəncində yanlışlığa yol verib.

Qatı stalinpərəst kimi tanınan Zaxariadis oğluna Stalinin şərəfinə İosif ad; qoyub. Müharibədən sonrakı dövrdə Yunanstanda Kommunist Partiyasının hakim partiyaya çevrilməsində Zaxariadis ümidlərini də məhz Stalinə bağlayıb. Amma o, pərdəarxası siyasi oyunlardan xəbərsiz olub.

Belə ki, 1945-ci ildə Yalta konfransında ərazilərə nəzarət məsələsi müzakirə olunanda Ruzvelt və Çörçill Stalinə Yunanstanın qərbin nəzarətində olacağını bildiriblər. Stalin bunu müzakirə mövzusuna çevirməyib və müttəfiqləri ilə razılaşıb. Bəzi versiyalara görə, hələ bu konfransdan qabaq Yunanstanın hakim dairələri İngiltərədə sovet nümayəndələri ilə görüşüblər, Nikos Zaxariadisin zərərsizləşdirilməsi sayəsində SSRİ-yə 200 iri həcmli yük gəmisi verilməsini vəd ediblər. Bu versiya heç bir rəsmi sənəddə öz təsdiqini tapmasa da, baş verən hadisələr onun doğruluğunu sübut edib.

1946-1949-cu llərdə Yunansyandakı vətəndaş müharibəsində Nikos Zaxariadisin ordusu İngiltərədən dəstək alan hakimiyyət ordusuna məğlub olub. Məğlubiyyətdən sonra o, partiyanın qərargahını əvvəlcə Albaniyaya, sonra Macarıstana köçürüb. Daha sonra isə Nikos Zaxariadis Stalinin köməyi ilə SSRİ-nin ərazisinə keçib.

Yunanstanda antimillikdə, vətənə xəyanətdə ittiham olunan Nikos Zaxariadis mövcud qanunlara görə ölüm hökmünə məhkum edilib. Yunastanla SSRİ arasında razılaşma müqavilələrinə görə isə, hüquqi baxımdan SSRİ-nin onu Yunanstana təhvil vermək məcburiyyəti olub. Ancaq Stalin bu addımı atmayıb.

SSRİ-də Nikos Zaxariadisin ad və soyadı dəyişdirilib. O, bir müddət Nikolay Nikolayev adı altında Nijni Novqorodda meşə təsərrüfatı idarəsinin direktoru vəzifəsində işləyib. Bununla da “əsəbi Nikos”un siyasi fəaliyyəti, demək olar ki, bütövlükdə məhdudlaşdırılıb.

Bu cür həyat tərzi, başqa adla yaşamaq, gizli fəaliyyət Nikos Zaxariadisi qane etməyib. Stalinin vəfatından sonra Nikita Xruşovun onun haqqında qaldırdığı şəxsiyyətə pərəstiş dövründə Nikos Zaxariadis Xruşovu sərt tənqid edib. Bu tənqid Nijni Novqorodda daha çox səs-küy yaradıb və ona qarşı maraq oyadıb. Çox qısa bir müddətdə onun kimliyi bu şəhərdə məlum olub. Belə olan halda gizli adla yaşayan Nikos Zaxariadisin Nijni Novqorodda qalması mümkünsüz sayılıb.

1956-cı ildə Yunanstan Kommunist Partiyası keçirdiyi plenumda Nikos Zaxariadisi partiyadakı vəzifəsindən və üzvlükdən xaric edəndə o, Yunanstana qayıtmağa, mübarizəsini davam etdirməyə cəhd göstərib. Nikos Zaxariadis Moskvaya, Yunanstanın səfirliyinə gedib, icazə istəyib. Səfirlikdə çox sadə dillə ona bildiriblər ki, vətənə dönən kimi onu edam edəcəklər.

O, Nikita Xruşova müraciət etməyi qərara alıb, Yunanıstana keçmək üçün baş katibdən kömək istəyib. Məsələ Siyasi Büroda müzakirəyə çıxarılıb. Zaxariadisə qarşı antipatiyası olan Xruşov əlini stola çırparaq əsəbi şəkildə məsələyə münasibət bildirib:

- Bu yararsız kommunisti hara istəyirsiniz, buraxın, bizim müzakirə edəcəyimiz daha ciddi məsələlər var.
Mərkəzi Komitənin katibi Mixail Suslov Xruşovun bu münasibətinə sərt etiraz edib:

- Onu özbaşına buraxmaq olmaz, sonra tökdüyü zibilləri yığışdırmaqda biz əziyyət çəkəcəyik və həm də bu adam öz fəaliyyəti ilə SSRİ-Yunanstan münasibətlərinə xələl gətirə bilər.

Siyasi Büro Nikos Zaxariadisin rus soyadı ilə, siyasi fəaliyyətini məhdudlaşdırmaq şərti ilə SSRİ-də qalmasına qərar verib. Ona SSRİ-nin böyük şəhərlərində məskunlaşmasına da qadağa qoyulub.

Beləliklə, Nikos Zaxariadis Sibirə, Surqut şəhərinə göndərilib, bu şəhərin meşə təssərüfatı idarəsinə direktor təyin edilib, yenə də Nikolay Nikolayev adı altında.

Nikos Zaxariadis Surqutda xüsusi xidmət orqanları tərəfindən ciddi nəzarətdə saxlanılıb, onun göndərdiyi və aldığı məktublar açılıb, telefon danışıqları izlənilib.

Xruşovun təbirincə desək, nə öz ölkəsində, nə də SSRİ-də rahatlıq tapa bilməyən “əsəbi Nikos” siyasi sərsəmləmələrinə də ara verməyib. “Mən Yunanstanda elə bir hakimiyyət yaradacam ki, o, nə Londondan, nə də Moskvadan asılı olacaq”, “Mən intihar edəcəm, vəsiyyətimdə isə yazacam ki, sümüklərimi Brejnevə bağışlasınlar”, “SSRİ-də sosializm cəmiyyətinə inananlar axmaqlardır”, “SSRİ sosialist ölkəsi olsa da, onun rəhbəri Brejnev əsl kapitalistdir” kimi ifadələr məhz Zaxariadisə aid olub.

Təbii ki, onun bu sərsəmləmələrini ciddi qəbul etməyiblər. Onun söylədiklərində yalnız bir ciddi fakt olub, intihar faktı. Nikos Zaxariadis 1973-cü ildə, 70 yaşında olarkən Surqutda özünü öldürüb. Onu məxfi şəkildə Tümendə dəfn ediblər.

1991-ci ildə oğlu İosif Nikos Zaxariadisin nəşini Yunanstana aparıb, o, Afinada yenidən dəfn olunub. 2011-ci ildə isə o, ölümündən sonra bəraət alıb və Kommunist Partiyasına bərpa olunub.(Musavat.com)

pia.az




Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Gömrük generalı İsmayıl Hüseynovla bağlı araşdırma başlandı - Təfərrüat

İlham Əliyev və Mehriban Əliyeva Yasamalda salınacaq meşə tipli yeni parkda görüləcək işlərlə tanış olub - Foto, Yenilənib

Beyrutdakı partlayışda ölənlərin sayı 100-ü keçdi - Video, Foto, Yenilənib

"Azərbaycanfilm"-ə məxsus torpaq sahəsini özəlləşdirilməsinə icazəni Əbülfəs Qarayev veribmiş

Akim Bədəlovun Almaniyada yeni şirkətləri üzə çıxdı - Həyat yoldaşı milyonerdir...

“Niyə adamlar vəzifəyə gedəndə insanlığı düşürüb itirirlər?!” – Sahil Babayevin müavininə sərt tənqid

Lukaşenko hansı səbəblərdən Rusiya ilə yollarını ayırmaq istəyir?

Lukaşenko Rusiyaya xəbərdarlıq etdi: “Vəziyyət Vladivostoka qədər ağırlaşa bilər”

Gültəkin Hacıbəyli: “Karantinin uzanması bizə sərf edir” - Video

Nazirdən qeyri-ərzaq malları mağazalarının fəaliyyətinin bərpası ilə bağlı mühüm açıqlama

loading...

Ən çox oxunanalar