Təbii fəlakət Yunanıstanın şimalında baş verib
Yunanıstanda leysan yağması, dolu düşməsi və fırtına baş verməsi nəticəsində 6 turist ölüb, 108 nəfər yaralanıb.
Pia.az Report-a istinadla xəbər verir ki, təbii fəlakətlər Yunanıstanın şimalında, xüsusi ilə Halkidiki turizm bölgəsində baş verən fırtına insan ölümünə və dağıntıya səbəb olub.
Məlumata görə, 4-nün vəziyyəti ağır olmaqla 108 nəfər yaralanıb.
Selanik yaxınlığındakı fırtına nəticəsində 2-si uşaq olmaqla 6 nəfər ölüb. Ölənlər Çexiya, Rumıniya və Rusiya vətəndaşı olan turistlərdir.
Yeni ictimai təhlükəsizlik naziri Mixalis Xrisohoidis deyib ki, bölgədə güclü külək və fırtına insanların ölümünə səbəb olub.
pia.az