Çərşənbə, 08 Aprel 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Yüksək vəzifəli şəxslərin İranla sərhədə “tələsik” səfərinin pərdəarxası

Artıq Gürcüstan koronavirus səbəbindən Azərbaycanla gediş-gəlişi məhdudlaşdırıb...

Azərbaycan tərəfi ölkədə bu virusa rastlanmadığına dair rəsmi açıqlama versə də, Gürcüstanda koronavirus aşkarlanan şəxsin İrandan gələrək, Azərbaycan ərazisindən keçdiyi məlum olub. Ancaq İran-Azərbaycan sərhədini keçən həmin şəxsdəki xəstəlik simptomları Azərbaycan tərəfindən aşkarlanmayıb və bu, yalnız Gürcüstanda üzə çıxıb.

Bu hadisə Azərbaycanın İranla sərhədində epidemiya ilə bağlı görülən tədbirlərin effektivliyi məsələsini yenidən gündəmə gətirir. Xatırladaq ki, İranda koronavirusun yayıldığına dair ilk rəsmi məlumat fevralın 19-da açıqlanıb. Sərhədə və ölkədəki sanitar vəziyyətə cavabdeh olan qurumların rəhbər şəxsləri isə İranla sərhədə fevralın 24-də yollanıblar.

Bununla bağlı rəsmi məlumatda deyilir ki, 24 fevral 2020-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə Dövlət Sərhəd Xidmətinin, Dövlət Gömrük Komitəsinin, Daxili İşlər, Fövqəladə Hallar, Səhiyyə Nazirliklərinin, Dövlət Təhlükəsizliyi Xidmətinin, Qida Təhlükəsizliyi Agentliyinin rəhbər vəzifəli şəxsləri və mütəxəssislər İran İslam Respublikası ilə dövlət sərhədində yerləşən “Astara” və “Biləsuvar”buraxılış məntəqələrinə səfər etmişlər.


Göründüyü kimi, belə hadisələr zamanı situasiyaya görə cavabdehlik daşıyan və operativ qaydada hərəkətə keçməli olan qurumlar Azərbaycanla intensiv gediş-gəlişi olan İranda koronavirusun yayıldığı gündən yalnız 5 gün sonra sərhədə yollanıblar.

“AzPolitika.info”-ya daxil olan məlumata görə, müvafiq qurumların, xüsusilə də Səhiyyə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Dövlət Gömrük Xidməti və Qida Təhlükəsizliyi Agentliyi kimi orqanlarını vəziyyətə vaxtında və operativ şəkildə müdaxilə etməməsi ölkə rəhbərliyinin sərt iradlarına səbəb olub.

Xatırladaq ki, fevralın 19-da Azərbaycan Prezidentinin və Birinci Vitse-Prezidentin İtaliyaya dövlət səfəri başlayıb və ayın 22-də həmin səfər başa çatıb.

Məlumata görə, Prezident ölkəyə döndükdən dərhal sonra İranla sərhəddə görülən işlərlə maraqlanıb.

Belə məlum olub ki, bu cür məsuliyyətli və operativ müdaxilə tələb edən situasiyada birbaşa vəzifələrini yerinə yetirməli olan müvafiq strukturların vəzifəli şəxsləri lazımı səviyyədə tədbirlər həyata keçirməyib, adekvat qərarlar qəbul etməyiblər. Məlumata görə, bu cür yanaşma ölkə rəhbərliyinin haqlı və sərt iradına səbəb olub.

Həmin qurumların rəhbərlərinin sərhədə səfəri də yalnız ölkə başçısı vətənə qayıdandan və onun müdaxiləsindən sonra baş tutub. Hansı ki, belə situasiyalarda hər bir qurum öz işini tapşırıq və göstərişlərdən asılı olmayaraq, vaxtında və operativ şəkildə həyata keçirməli idi.

pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627

Etiket: koronavirus


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Yeni dünya düzəni indikindən daha pis olacaq -Politoloq...

Sabiq nazir Heydər Əsədovun özünə və ailə üzvlərinə məxsus sərvət üzə çıxıb - Sənəd

Cəza sərtləşdirildi: Karantin rejimini pozanları 3 ilədək həbs gözləyir - Video

İqtisadçı: “52 milyard dollarlıq rezerv hardadır, çətin gündə xərclənməyəcəksə, nəyə lazımdır?”

SSRİ-də qara çiçək epidemiyası cəmi 19 günə necə dəf edilib? - Tarixi fakt

Yeni funksiyalar işə düşdü – Evdən çıxmaq istəyənlərin nəzərinə - Video

Kissincerin pandemiya və dünya nizamı haqqında düşüncələri...

Koronavirus Qərb sisteminə olan inamı sarsıtdı...

Rusiya vətəndaşlığını almağın qaydaları sadələşdirilir

Şagirdi ilə intim münasibətdə olan 59 yaşlı müəllim həbs edildi

loading...

Ən çox oxunanalar