Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yüksək vəzifəli şəxsdən kürəkənini həbsdən buraxmaq üçün 100 min alıblar

Bakıda çoxsaylı dələduzluq əməlləri törətmiş şəxslər məhkəmə qarşısına çıxarılıb.

Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 1988-ci il təvəllüdlü Kərim Əliyev və 1981-ci il təvəllüdlü Şamil Piriyev (soyadlar şərtidir) Bakı Ağır Cinayətlər Məhkəməsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq - külli miqdarda ziyan vurmaqla törədildikdə) və 32.4,312.2-ci (rüşvət vermədə iştirak) maddələri ilə təqsirləndiriliblər. Hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən məhkəmə prosesində onların bir neçə şəxsə qarşı dələduzluq etmələri, müxtəlif vədlərlə aldadaraq külli miqdarda pul almaları müəyyən edilib.

Məlum olub ki, Kərim özünü Müdafiə Nazirliyinin zabiti kimi təqdim edib, müxtəlif dövlət qurumlarında rəhbər vəzifələrdə çalışan şəxslərlə yaxın münasibətlərinin olduğunu bildirərək insanların etibarını qazanıb.

“Rent a car”dan bahalı avtomobillər icarəyə götürərək görüşlərə gedən Kərim ona müraciət edilən problemləri yüksək nüfuza malik “Seyid” ləqəbli şəxsin köməkliyi ilə həll etdiyini qeyd edib. Bu yolla o,

- xidməti vəzifələrinin icrası ilə əlaqədar yol verdiyi nöqsanlara görə Xüsusi Dövlət Mühafizə Xidmətinin Milli Qvardiyasından xidmətdən xaric edilmiş giziri həmin işə bərpa edəcəyini bildirərək 11 min manat

- Övladının həqiqi hərbi xidmətini Milli Qvardiyanın hərbi hissələrinin birində keçməsini istəyən şəxsdən 10 min manat

- Müdafiə Nazirliyinin Maddi Texniki Təminat Baş idarəsinə zabit kimi işə qəbul olunmaq istəyən şəxsdən 15700 manat

- Dövlət qurumlarından birində yüksək vəzifə tutan Arif Novruzovun bir müddət əvvəl həbs edilmiş kürəkəni Azər Əsgərovun azadlığa buraxılması adı ilə isə ondan 100 min manat alıb.

Məhkəmədə bildirilib ki, Kərim Əliyev aldığı pulların bir hissəsini geri qaytarıb.

Həmçinin qeyd edilib ki, 6 sentyabr 2021-ci il tarixində Kərim Arif Novruzovdan külli miqdarda pul alarkən dostu Şamilin köməkliyindən istifadə edib. Belə ki, onlar Arif Novruzovu inandırmaq üçün pulları ondan polis idarəsinin qarşısında alaraq binaya daxil olublar. Daha sonra aldadıldığını anlayan Arif Novruzov hüquq-mühafizə orqanlarına müraciət edib.

O da məlum olub ki, A.Novruzovun kürəkəni tekstil ticarəti ilə məşğul olub və türkiyəli iş adamları ilə 2 milyonluq pul məsələsinə görə tutulub. Bundan sonra A.Novruzov kürəkənini azadlığa çıxarmaq üçün müxtəlif vasitələrə əl atıb və dələduzluqla üzləşib.

Qeyd edək ki, Arif Novruzov hadisədən sonra vəzifəsindən azad edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Kərim və Şamil qeyd edilən maddələrlə təqsirli bilinərək müvafiq olaraq 8 il 6 ay və 8 il müddətinə azadlıqdan məhrum ediliblər.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb - Yenilənib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar