Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yoxsullar ölkəsi Azərbaycan - Aztəminatlıların sosial müdafiəsi necə təmin edilir?

Azərbaycanda aztəminatlı təbəqə ölkə əhalisinin yarısını təşkil edir...

İqtisadçı: “Hal-hazırda ölkəmizin əhalisinin 40 faizdən çoxunun aztəminatlı ailələrdən ibarət olması haqqında statistikanın özü tam vəziyyəti əks etdirmir”.

“Hökumət sosial müdafiə sahəsində ən mütərəqqi addımlar ata bilər, lakin bunun maliyyə mənbəyi tapılmalıdır”.

Bu sözləri iqtisadçı İlham Əzizov Azərbaycanda aztəminatlı təbəqənin ölkə əhalisinin demək olar ki, yarısını təşkil etməsini PİA.az-a şərh edərkən qeyd edib.

Nəinki Azərbaycanda, bir çox inkişaf etmiş və inkşaf etməkdə olan ölkələrdə aztəminatlı ailələrə verilən sosial təminatın ən vacib formalarından biri ünvanlı dövlət yardımıdır. Azərbaycanda bu hüququn rəsmiləşdirilməsindəki bürokratik əngəllər və korrupsiyalaşmış sistem əvvəllər xeyli çətinlik yaradırdı.

Ünvanlı dövlət sosial yardımı haqqında qanuna dəyişiklik edilməzdən əvvəl, qanunun 3-cü maddəsinə müvafiq olaraq, sosial yardım hüququna orta aylıq gəliri ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malik idilər. Yəni ailə özündən asılı olmayan səbəblərdən--ailə üzvlərinin əmək qabiliyyətsiz olması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün yerinin məlum olmaması, ailənin əmək qabiliyyətli üzvünün müvafiq icra hakimiyyəti orqanında işsiz kimi qeydə alınması və s. səbəbdən aztəminatlı sayılır və sosial yardım hüququ alırdı. Beləlilklə, işsiz kimi qeydə alınan şəxslər işsizliyə görə sosial müavinətlə yanaşı (indi ləğv edilib) ailə üzvlərini dolandırmaqdan ötrü ünvanlı sosial yardım da ala bilirdilər.

Ancaq 2018-ci il, aprel ayının 24-də qanuna dəyişiklik edildi və “işsiz” anlayışı dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi, ya da işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz olaraq qeydə alınan şəxslərlə məhdudlaşdırıldı. Bu o deməkdir ki, yalnız qanunun müəyyən etdiyi səbəblərə görə işsiz qalan şəxslər əvvəlcə işsiz statusu almaqdan ötrü çalışmalı, sonra ünvanlı sosial yardım üçün müraciət etməlidirlər. Başqa səbəblərə görə işsiz qalanlar bu əsasla ünvanlı sosial yardım tələb edə bilməzlər. İşsizlər üçün nəzərdə tutulan işsizlik müavinəti sığorta ödənişləri ilə əvəzlənəndən ünvanlı dövlət yardımı da məhdud sayda işçiyə şamil olunmağa başlayıb.

Son zamanlar isə Azərbaycanda aztəminatlıların sosial müdafiəsi üçün müxtəlif təkliflər səsləndirilir. Bir çox rəsmilər və depuatlar isə sosial yardımların kəsilməsi təklifi ilə çıxış edirlər. Rəsmi statistikaya əsasən aztəminatlı təbəqə Azərbaycan əhalisinin 40%-ni təşkil edir. Bəzi müstəqil ekspertlər isə aztəminatlı təbəqənin ölkə əhalisinin yarısından çoxunu əhatə etdiyini iddia edirlər.

Ümumiyyətlə Azərbaycanın soisal müdafiə sahəsi MDB ölkələri müqayisədə hansı vəziyyətdədir və hansı səbəbdən bizdə aztəminatlı təbəqə ölkə əhalisinin demək olar ki, yarısını təşkil edir? Həmçinin aztəminatlı təbəqənin bu qədər böyük olması hökümətin soisal müdafiə siyasətinin yenidən qurulmasını tələb edirmi?

Mövzunu PİA.az-ın əməkdaşı iqtisadçı İlham Əzizovla müzakirə edib.

İlham Əzizov: “Hələlik hökumət uşaq pulu məsələsini həll edə bilmir”.

Dövlət büdcəsi hazırlanarkən onun sosial yönümlü olmasının vurğulandığını xatırladan iqtisadçı PİA.az-a açıqlamasında bildirib ki, bütün bu problemlərin açarı, ÜDM artması, adambaşına düşən milli gəlirin yüksəlməsi, azad iqtisadiyyatın möhkəmlənməsidir:

“Aztəminatlı ailə orta aylıq gəlirləri hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan ailələrdir. Hal-hazırda ölkəmizin əhalisinin 40 faizdən çoxunun aztəminatlı ailələrdən ibarət olması haqqında statistikanın özü tam vəziyyəti əks etdirmir. Əslində bu ailələrin dəqiq uçotunun aparılması və aztəminatlı ailə adıyla yardım alan, lakin həqiqətdə aztəminatlı ailə olmayanların aşkara çıxarılması vacib məsələdir.

Bizim ölkədə bu sahədə olan vəziyyət aşağı-yuxarı MDB ölkələrinin hamısında mövcuddur. Lakin bu vəziyyətdən ən tez biz çıxa bilərik. Bunun üçün ölkəmizin maddi sərvətləri yetərincədir. İndiyə qədər bu sahədə işlər görülüb və görülməkdə davam edir. Ünvanlı Sosial Yardımlar, sosial evlər bu qəbildən olan qanun və layihələrdir.

İlham Əzizov: “Əslində bu ailələrin dəqiq uçotunun aparılması və aztəminatlı ailə adıyla yardım alan, lakin həqiqətdə aztəminatlı ailə olmayanların aşkara çıxarılması vacib məsələdir”.

Aztəminatlı ailələrin əksəriyyəti 3 və artıq uşağı olan ailələrdir. Deməli bu demoqrafik vəziyyətə də təsir edən amildir. Dövlət büdcəsi hazırlanarkən onun sosial yönümlü olması vurğulanır. Bütün bu problemlərin açarı, ÜDM artması, adambaşına düşən milli gəlirin yüksəlməsi, azad iqtisadiyyatın möhkəmlənməsidir. Ölkəmizdə qaçqın, köçkün problemi tam həllini tapmadığından bu məsələlər də ön sıradadır.

Hökumət sosial müdafiə sahəsində ən mütərəqqi addımlar ata bilər, lakin bunun maliyyə mənbəyi tapılmalıdır. Hələlik isə hökumət uşaq pulu məsələsini həll edə bilmir

Problemlərin həlli milli iqtisadiyyatın şaxələnməsi və inkişafındadır”.

Nərminə UMUDLU
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ən çox oxunanalar