Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Yolxuma ilə bağlı rəqəmlər tam mənzərəni göstərmir” - Professordan həyəcan təbili

Həftə sonu həyatı tamamilə dondurmaqla virusun yayılmasına qarşı hansısa ciddi nəticəyə nail olmaq mümkündür?..

Tibb elmləri doktoru: “İctimai nəqliyyat yoxlumaya ən çox səbəb olan yerdir. İndiyə qədər ictimai nəqliyyatda qayda-qanun yaratmaq mümkün olmayıb”.

“Verilən qərarları düz hesab edirəm və düşünürəm ki, bu qərarlar hələ yumşaqdır”.

Bu sözləri tibb elmləri doktoru Adil Qeybulla ölkə ərazisində karantin rejiminin uzadılmasını və verilən sərt qanunları PİA.az-a şərh edərkən qeyd edib.

Ölkə ərazisində xüsusi karantin rejiminin müddəti 28 dekabr saat 06:00-dək, sərt karantin rejiminin tətbiq olunduğu rayon və şəhərlərdə isə bu rejim 7 dekabr saat 06:00-dək uzadılıb.

Bu barədə məlumat Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində verilib.

Qeyd edilib ki, sərt karantin rejimi tətbiq edilən ərazilərə ŞəkiLənkəran şəhərləri, həmçinin Qax, Zaqatala, Biləsuvar, Cəlilabad, Masallı, İsmayıllı, Quba və Xaçmaz rayonları daxildir. Bu səbəbdən həmin ərazilərdə sərt karantin tədbirlərinin müddəti 7 dekabr saat 06:00-dək uzadılıb. Həmçinin 28 dekabr saat 06:00-dək şənbə və bazar günləri kafe-restoranlarda, bərbərxana və gözəllik salonlarında yerində xidmət dayandırılır.

Eləcə də 21 noyabr tarixindən etibarən xüsusi karantin rejiminin qüvvədə olduğu müddətdə ölkə üzrə bütün qapalı və açıq məkanlarda müvafiq qaydada tibbi maskalardan istifadə məcburi hesab olunur. Maskalardan istifadə qaydalarına nəzarət rejimi daha da sərtləşdirilir. Açıq məkanda da maska taxmayanlar 100 manat məbləğində cərimələnəcəklər.

Verilən qərarlarını nə qədər doğru hesab etmək olar və həftənin beş günü iş yerləri çalışmaqla, həftə sonu isə həyatı tamamilə dondurmaqla virusun yayılmasına qarşı hansısa ciddi nəticəyə nail olmaq olar?

Mövzu ilə bağlı PİA.az-ın əməkdaşı professor Adil Qeybullaya müraciət edib.

Adil Qeybulla: “Azərbaycan kollektiv immunitetə doğru gedir. Çünki doğrudan da ölkədə virusa yoluxanlar çoxdur. Virus yolxuma ilə bağlı deyilən rəqəmlər hələ heç nədir, tam mənzərəni ifadə eləmir”.

Azərbaycanda insanların Qarabağ savaşına görə keçirdiyi stres və bütün proseslərin pandemiya təcrübəsi nəzərə alınaraq hələlik tam sərt karantin rejiminə keçilmədiyini nəzərə çatdıran professor PİAşaz-a açıqlamasında bildirib ki, yalnız həftə sonları fəaliyyət məhdudlaşdırılır. Bu da yaxşıdır, çünki 2 gün belə olsa, insanların təmasları azalır:

“Verilən qərarları düz hesab edirəm və düşünürəm ki, bu qərarlar hələ yumşaqdır. Məsələn Avropada daha sərt qərarlar qəbul olunur.

Azərbaycanda insanların Qarabağ savaşına görə keçirdiyi stres və bütün proseslərin pandemiya təcrübəsi nəzərə alınaraq hələlik tam sərt karantin rejiminə keçirilmir. Yalnız həftə sonları fəaliyyət məhdudlaşdırılır. Bu da yaxşıdır, çünki 2 gün belə olsa, insanların təmasları azalır. Təssüflər olsun ki, insanlar indiyə qədər də karantin qaydalarına normal riayət etmirlər.

Hətta qələbə yürüşlərində də mən diqqət edirdim heç kim maska taxmırdı və məsafəni gözləmirdi. Bütün bunlar da böyük yoxluma potensialı yaradır. Görülən tədbirlər də elə-belə həyata keçirilmir. Bu tədbirlər mövcud epidemioloji vəziyyət nəzərə alınaraq həyata keçirilir.

Təssüflər olsun ki, Azərbaycan kollektiv immunitetə doğru gedir. Çünki doğrudan da ölkədə virusa yoluxanlar çoxdur. Virus yolxuma ilə bağlı deyilən rəqəmlər hələ heç nədir, tam mənzərəni ifadə eləmir.

İctimai nəqliyyat yoxlumaya ən çox səbəb olan yerdir. İndiyə qədər ictimai nəqliyyatda qayda-qanun yaratmaq mümkün olmayıb. Rayonlara gediş-gəlişdə bir ara çoxaldı və bu zaman koronavirus arxa plana keçdi. Elə bu zamanda xeyli yoxluma oldu. Buna görə də indi müəyyən sərt tədbirlər təmasların qarşısını almaq üçün vacibdir. Bu tək Azərbaycanın deyil, dünyanın təcrübəsidir”.

Nərminə UMUDLU
pia.az


Etiket: Koronavirus


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bu il Kann Film Festivalının müsabiqəsində Azərbaycan da yarışacaq

Ən çox oxunanalar